Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

“Yadplenetlilər bura gəlsə, elə bilərlər ki, şəhid və qazilərə diqqət yoxdur...” - Elman Nəsirov

Tarix: 13-07-2022 20:53     Baxış: 3341 A- / A+


Manevr.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Elman Nəsirov Sabirabadın icra başçısının laqeyd münasibətinə görə özünü yandıraraq intihar edən qazi Elvin Cəfərovun ölümündən danışarkən deyib: 
"Həqiqəti söyləmək lazımdır ki, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşının təhlükəsizliyi dayanır. Həssas kateqoriyadan olan insanlara, şəhid alələrinə, qazilərə, müharibə veteranlarına dövlətin əlahiddə bir siyasəti var. Bu siyasətin də müəllifi cənab Prezidentimizdir. Ölkə başçısı İlham Əliyevin siyasətində müəyyən edilib ki, bir nəfər də olsun qazi, şəhid ailəsi evsiz, maşınsız qalmayacaq. Hər biri bu kimi təminatlardan yararlanacaq. Amma təəssüf ki, bəzən ayrı- ayrı hallarda qazilərin etirazını görürük, qazilərə münasibətdə məmuların ögey münasibətinə şahidlik edirik. Hətta qazilərin özünəqəsdə qədər atdığı addımlar da baş verir. Əlillik məsələsinin təyinatına xüsusi yanaşmaq lazımdır. Qaziləri narazı salmaq olmaz. Müharibənin içərisindən çıxan, əzalarını itirən insanın əsəb sistemi yerində deyil. Məmur qazi, müharibə veteranı ilə danışanda hesab etməməlidir ki, onun əsəb sistemi qarşısındakı ilə eynidir. Bu, qətiyyən belə deyil. Məmur müharibənin dəhşətini görməyib. Qazinin vəziyyətini hiss etməlidir. Sinirləri pozulmuş insanlara xüsusi yanaşılmalıdır. Onları sakitləşdirmək, problemi həll etmək lazımdır". 
Deputat hesab edir ki, qazi, şəhid ailələrinin probemlərinin həlli istiqamətində icra hakimiyyətlərində bir-iki nəfərdən ibarət şöbənin yaradılması lazımı effekt vermir: 
"Mən elə gəlir ki, həmin şöbədəki işçilərin sayını çoxaltmaq lazımdır. Məmur dərk etməlidir ki, qarşısındakı siravi adam deyil. Qarşısındakı Vətən ağrılarını yaşamış, fədakarlıq edən insandır. Bu gün alnımızda xəcalət təri sillinib, bunu bu insanlara borcluyuq. Bizim vəfa borcumuzdur ki, onları müdafiə edək. Bütün məmurlar bilməlidir ki, onların otağına qazi, şəhid ailəsi gəlibsə, bu hada maksimum çalışmalıdır ki, onun problemi yerində həll olunsun". 
Elman Nəsirov bildirib ki, kondisionerli otaqlarında otururan məmurlar müharibənin od- alovunun içərisindən keçmiş şəhid ailələri, qazilərə öz övladları kimi yanaşmalıdırlar: 
"Bu gün soruşsalar ki, ən ali təbəqə kimlərdir? Mən deyərdim ki, şəhid ailələridir. Çünki bizim ləyaqətimizi onlar bizə geri qaytarıblar. Bizi qürurlu, başımızı uca ediblər. Məmur da zəhmət çəkib onların problemini dərhal yerində həll etməlidir. Cənab Prezident özü bir nümunədir. Bütün görüşlərində qazilərə diqqətlə yanaşır. Özünə bloqer deyən, xaricdə oturmuş bəzi insanlar çalışırlar ki, qaziləri ayağa qaldırsınlar. Dövlətçiliyə qarşı çıxışlara təhrik edirlər"./cəbhə.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar