Xəbər lenti
“Paşinyan Türkiyə və Azərbaycanla əlaqələri qurmağa çalışır, amma...” - Cümşüd Nuriyev
“Bölgədə fəal siyasi proseslər gedir. Hesab edirəm ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistan baş naziri Nikol Paşinyan arasında baş tutan telefon danışığını da bu konteksdən qiymətləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, Paşinyan hakimiyyətə gəldiyi 4 il müddətində ilk dəfədir Türkiyə lideri ilə danışır, deməli, Ermənistan rəhbəri Türkiyə və Azərbaycanla münasibətləri qaydaya qoymaqda maraqlıdır. O, bunun üçün çalışır, sadəcə olaraq ölkəsindəki revanşist qüvvələr buna mümkün qədər maneə olmaq istəyir”.Manevr.az xəbər verir ki, bu sözləri teleqraf.com-a politoloq Cümşüd Nuriyev deyib.
O qeyd edib ki, Türkiyə və Ermənistanın yaxınlaşması gözləniləndir: “Birincisi, bunun üçün siyasi şərait yaranıb. İkincisi, onların kommunikasiya problemi var. Ələlxüsus Ermənistanın. Türkiyənin əsas marağı Azərbaycanla birbaşa kommunikasiyaya nail olmaqdır. Çünki Naxçıvan üzərindən qurulan kommunikasiya hələlik yarımçıqdır. Üçüncüsü, Türkiyə Orta Asiya respublikalarına açılmaq, onlarla iqtisadi, siyasi və hərbi əlaqələrini gücləndirmək niyyətindədir. Odur ki, Ermənistan-Azərbaycan münasibətlərinin yeni müstəviyə keçməsi təkcə Ermənistanın deyil, Azərbaycan və Türkiyənin də maraqlarına uyğundur”.
Siyasi şərhçi qeyd edib ki, bütün bu məsələlər baxımından İrəvan və Ankara arasında birbaşa təmasların olması müsbət hadisədir və bunun davamlı olması xüsusi əhəmiyyətə malikdir: “Bəli, Ermənistan daxilində kimlərsə buna maneə olmağa çalışacaq, etiraz edəcək. Onsuz da indiyə qədər belə etirazlar olub. Amma əlaqələrin qurulması İrəvan üçün də əhəmiyyətə malikdir. Ən azından düşdüyü blokada vəziyyətindən çıxacaq”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























