Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Paşinyanın sıradan çıxardığı adamlar: Onlar azərbaycanlıların ayağına dolaşır

Tarix: 13-07-2022 15:31     Baxış: 4291 A- / A+
Manevr.az xəbər verir ki, bu sözləri yenisabah.az-a açıqlamasında siyasi şərhçi Ceyhun Əhmədli deyib. 
O, Ermənistan Milli Məclisi Şurası tərəfindən müxalifət fraksiyaları üzvlərinin mandatlarının ləğv edilməsi faktına münasibət bildirib.
Xatırladaq ki, erməni mətbuatının məlumatına görə, iyulun 14-də Ermənistan Milli Məclisinin Şurasında növbədənkənar iclasında müxalifətdən olan deputatların mandatdan məhrum edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət layihəsi müzakirəyə çıxarılacaq.
Öz növbəsində C.Əhmədli əlavə edib:
“Aydın məsələdir ki, həmin siyasi dairələr, revanşist qüvvələr xaricdəki mərkəzlərin diktəsi ilə hərəkət edirlər və onlar aldıqları direktivlərə uyğun olaraq sülh prosesini sabotaj etməyə çalışırlar. Hazırda istər Ermənistanla Türkiyə, istərsə də Ermənistanla Azərbaycan arasında müəyyən olunmuş sülh gündəliyinə uyğun olaraq praktiki addımlar atılmaqdadır. Hətta Türkiyə Prezidenti ilə Ermənistanın Baş naziri arasında ilk dəfə telefon danışığı da baş tutdu. Aydın məsələdir ki, dövlət rəhbərləri səviyyəsində baş tutan bu telefon danışığı yaxın zamanlarda Ermənistanla Türkiyə arasında normallaşma prosesinin başlayacağından xəbər verir. Artıq praktiki addımların atılmasının astanasına gəlib çıxmışıq. Bu da, həmçinin, ondan xəbər verir ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində ciddi addımlar atılacaq. Çünki Türkiyə və Azərbaycan bu məsələdə sinxron şəkildə hərəkət edirlər. O da bir reallıqdır ki, sərhədlərin müəyyən olunması ilə bağlı yaradılmış komissiya artıq ilk iclasını keçirib və növbəti iclasların vaxtının dəqiqləşdirilməsi istiqamətində iş aparılır”.
Politoloqun sözlərinə görə, belə şəraitdə də Ermənistan iqtidarı çalışır ki, daxildəki radikal yönümlü revanşist siyasi dairələr prosesin qarşısını kəsməsinlər:
“Buna görə də Ermənistan hakimiyyəti vaxtaşırı onlara qarşı preventiv tədbirlər həyata keçirir.
Yadınızdadırsa, Paşinyan 2018-ci ilin dekabrında hakimiyyətə gəldiyi vaxtdan etibarən ona qarşı maneçilik törədən müxtəlif siyasi qüvvələri neytrallaşdırmağa cəhdlər göstərmişdi və müəyyən qədər də o, öz istəklərinə nail oldu. Çünki istər Koçaryanın, istər Sarkisyanın, istərsə də müxalifətin əsas dayaq mərkəzləri ki var, onların mövqelərini əhəmiyyətli dərəcədə sarsıtmağa nail ola bildi.
Aydın məsələdir ki, artıq “Qarabağ klanı” Ermənistanda güc mərkəzi rolunda çıxış etmir. Amma bu da bir reallıqdır ki, bu klanın mənsubları sülh quruculuğu prosesini dəfələrlə sabotaj etməyə çalışıblar.
Sonuncu və ondan öncəki Brüssel danışıqların sonra biz Ermənistanda bütün ölkə boyu mitinqlərin keçirildiyini gördük. Bu mitinqlərin arxasında duran qüvvələri də bilirik. Sarkisyan, Koçaryan, Saqatelyan və Vanetsyanların həmin aksiyaların arxasında dayandığını aydın şəkildə müşahidə etdik”.
“Bildiyiniz kimi, qarşıdan Brüssel danışıqlarının növbəti raundu gəlir. Ermənistan iqtidarı da maksimum şəkildə çalışacaq ki, həmin danışıqlarda əldə olunan razılaşmaların praktiki həlli üçün ölkə daxilində siyasi bir zəmin formalaşsın, eləcə də bundan əvvəlki danışıqlarda da olduğu kimi müxalifət həmin danışıqları sabotaj edə bilməsin. Məqsəd də bundan ibarətdir.
Bir tərəfdən də Paşinyan öz hakimiyytə dayaqlarını möhkəmləndirməyə çalışır. O, hər nə qədər xalqın dəstəyi ilə hakimiyyətdə olsa da, ona qaşrı vaxtaşırı olaraq əksinqilabi hərəkatlara başlamaq cəhdləri həyata keçirilir. Ona görə də Paşinyan özünə qarşı olan bu cəhdlərin qaşrısını almaq üçün bunun arxasında dayanan siyasi fiqurları neytrallaşdırmağa çalışır”, - deyə müsahibimiz yekunlaşdırıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar