Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

“İstəyirsən, yetim-yesirin pensiyasını kəs ver ermənilərə...”

Tarix: 05-07-2022 17:30     Baxış: 3275 A- / A+
Müharibənin baş çatmasından ilyarımdan çox vaxt keçir. Lakin bu müddət ərzində Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmaması ilə paralel olaraq, Qarabağ ermənilərinin mövqeyində də hər hansı yumşalma müşahidə olunmur. 

Azərbaycan Qarabağda yaşayan erməniləri separatçıların təsirindən necə çıxara biıər? Qarabağ ermənilərini birgəyaşayışa cəlb etmək üçün hansı addımlar atılmalıdır?
Manevr.az xəbər verir ki, mövzunu şərh edən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev yenisabah.az-a açıqlamasında Ermənistanın heç bir vaxt sülh sazişinə və Azərbaycanın sərhədlərinin tanınmasına imza atmayacağını deyib.
“İstəyirsən yetim-yesirin pensiyasını kəs ver ermənilərə, istəyirsən Azərbaycan xalqından daha yaxşı yaşamağı vəd et, istəyirsən onlara qızıl ver, xeyri yoxdur. Onlar yenə də Azərbaycan vətəndaşlığın qəbul etməyəcək. Çünki onların ürəyində türklərə qarşı kin var. Cənab Prezident İlham Əliyev dəfələrlə çıxışlarında bildirib ki, əgər Azərbaycanın ərazi bütövlüyünü tanısalar, vətəndaşlığımızı qəbul etsələr, bizimlə yaşamağa razı olasalar, dövlət onlara sahib çıxacaq. Lakin onların düşüncəsinə, ideyasına, öyrədildiklərinə əsasən demək olar ki, ağıllarında "ac da qalsaq, ölsək də türkə boyun əymərik" düşüncəsi var".
Siyasətçi Qarabağ ermənilərinin separatçıların təsirinə düşməsinə sərt reaksiya verib. Deyib ki, separatçılarla əlbir olub Azərbaycana qarşı çıxan, dövlət müstəqilliyimizə, suverenliyimizə təhlükə tərədən hər kəsin başını ilanın başını əzər kimi əzmək lazımdır:
“30 ildir biz lazımi addımları atdıq, lakin bundan sonra onlarla birgə yaşamaq üçün yaltaqlanası deyilik. Xanlarımızın, bəylərimizin yaşadığı Qarabağ torpağnda yaşayırlar, üstəlik, bizi bəyənmirlər. İstəyən bizim qanunlarımızı, tələblərimizi yerinə yetirər bizimlə birgə yaşayar, istəməyən cəhənnəm olub öz xarabasına gedər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar