Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Özbəkistanda vəziyyət yenidən qarışıb

Tarix: 05-07-2022 13:52     Baxış: 4295 A- / A+




"Özbəkistan məsələsi düşünürəm ki, birmənalı deyil. Orada bir neçə faktor var".
Manevr.az bilditir ki, bunu Milli.Az-a açıqlamasında iqtisadi, siyasi analitik Turab Rzayev deyib.
O bildirib ki, Rusiya Qaraqalpaq məsələsindən Özbəkistanın ərazi bütövlüyünə təhdidedici şəkildə istifadə etməyə qərar verdi:
"Özbəkistan məsələsində birinci faktor odur ki, orada qaraqalpaqların çox geniş muxtariyyət hüquqları var. Bu hüquqa görə, onlar ayrıla, Özbəkistandan başqa dövlətə birləşə, Özbəkistanın tərkibində qala da bilərlər. Məhz onların əlindən indi bu hüququn alınması burada istənilən halda iğtişaşlara səbəb olub. Düşünürəm ki, burada mərkəzi hakimiyyətin də ehtiyatsızlığı var. 
Kənar qüvvələrin ona təsir məsələsi də istisna edilmir. Burada Rusiyanın çox böyük təsirinin olduğu ehtimal edilir. Çünki Ruisya mayın əvvəllərində Özbəkistanı KTMT-yə dəvət etdi. Bundan əvvəl də xatırlayırsınızsa, Qazaxıstan hadisələri dövründə Belarus prezidenti A.Lukaşenko da Özbəkistanı KTMT-yə dəvət etmişdi. Aydın məsələdir ki, burada mesaj Özbəkistanın təşkilata qatılması idi. 

Özbəkistan bunun əvəzində Türkiyə ilə birlikdə hərbi təlimlər keçirdi, Türkiyə ilə birgə hərbi müttəfiqlik müqaviləsi imzaladı, daha sonra Azərbaycanla birlikdə iqtisadi, siyasi və hərbi yaxınlaşma həyata keçirdi. Aydın məsələdir ki, Özbəkistan bu seçimdə məhz Rusiyanın yaratdığı İttifaqdan daha çox müəyyən qədər Türk İttifaqına meyil etməyə çalışdı.
Özbəkistanda Rusiyanın çox güclü dayağı var və ona görə, mən Özbəkistanın Rusiya ilə birbaşa qarşı-qarşıya gələcəyini düşünmürəm. Amma Özbəkistan özünə manevr üçün imkan yaratdı, - yəni Azərbaycan üzərindən Türkiyə ilə birlikdə Rusiyaya qarşı qoyacağı bir manevr imkanı yaratdı. Məhz bu məsələyə görə Qaraqalpaq məsələsindən Rusiya Özbəkistanın ərazi bütövlüyünü təhdidedici şəkildə istifadə etməyə qərar verdi. Necə ki, Azərbaycana qarşı Qarabağ, Gürcüstana qarşı Abxaziya və Osetiya, Ukraynaya qarşı Krım, Moldovaya qarşı Dnestrayanı kimi bu cür təhlükəli zonalar yaradaraq bizi təsir altında saxlamaq istəyir, Özbəkistana qarşı da Qaraqalpaq məsələsindən istifadə edir.
Amma indiki dövrdə bunu Rusiyanın həddindən çox qaşıyacağını düşünmürəm. Çünki Rusiya bunu çox qaşısa, açıq şəkildə Özbəkistanı qarşısını almış olar və bundan sonra Özbəkistanı itirə bilər. Çünki indiki halda Rusiya bur cəbhədə mübarizə aparır və ikinci cəbhədə bunun gücləndirilməsi Rusiyanın demək olar ki, həddən çox iştirakçılarını itirməsinə və Rusiyanın zəifləməsinə gətirib çıxarardı. 

Ona görə düşünürəm ki, Rusiya Özbəkistanda Qaraqalpaq məsələsini mümkün qədər təmkin və sakit şəkildə həll etməyə çalışacaq, Özbəkistana sadəcə öz təsir rıçaqlarını, öz gücünü göstərdi və bununla qarışıqlıq yarada biləcəyini nümayiş etdirdi. 
Özbəkistan çox önəmli fiqurdur. Özbəkistan Şərq-Qərb yolu üzərində - Çindən başlayıb Britaniyaya qədər uzanacaq bu yol üzərində çox önəmli bir mövqedə yerləşir və Özbəkistan olmadan bu yolun effektli çalışması mümkün deyil. Ona görə düşünürəm ki, Rusiya məhz Türkiyə-Azərbaycan-Türkmənistan-Özbəkistan xəttinin formalaşmasına icazə vermək istəmir, bunun üçün Özbəkistan üzərində xüsusi təzyiq formalaşdırır". 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar