Sizin Reklam Burada
Xəbər lenti
23-10-2026
22-10-2026
BÜTÜN XƏBƏRLƏR

Ordumuza verilən iki tapşırıq nəyə işarədir?

Tarix: 03-07-2022 10:35     Baxış: 3375 A- / A+

Müdafiə nazirinin xidməti müşavirəsində iki məqam diqqət çəkirdi: birincisi, Azərbaycan-Ermənistan dövlət sərhədindəki və Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraitinin təhlil edilməsi; ikincisi, komando birliklərinin fəaliyyətinin müzakirə edilməsi.
Həm sərhəddə, həm Qarabağda ordunun hazırlıqlı olması, həm də komando birliklərinin döyüş hazırlığına diqqət yetirilməsi tapşırığı verildi.
Belə müşavirələr davamlı keçirilir və bu də növbəti müzakirələrdən biri hesab oluna bilər. Lakin son proseslər fonunda xüsusilə maraqlıdır: Qarabağdakı erməni ordusunun qalıqlarının muzdlularla əvəzlənməsi istəyi, Laçın şəhərinin təhvil verilməsinə qarşı etirazlar, sərhədin delimitasiyası işində ermənilərin problemlər yaratması və s.
Bütün hallarda ordunun daim hazır olması vacibdir, çünki bir neçə aydır hökm sürən sakitlik ermənilərin “baş qaldırması”na şərait yaradıb, “buynuzlarını çomağa sürtürlər”.

Asif Nərimanlı
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar