Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Lukaşenko tələsdirir - Azərbaycan da İttifaq dövlətinin üzvü olmalıdırmı?

Tarix: 02-07-2022 14:10     Baxış: 3300 A- / A+
“Lukanşenkonun təklifi taktiki siyasi məqsədlər güdür”.
Manevr.az  xəbər verir ki, bunu yenisabah.az-a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
Xatırladaq ki, Belarus prezidenti Aleksandr Lukaşenko Belarus və Rusiya Regionlar Forumunun plenar iclasında bildirib: “Bu gün postsovet məkanı ölkələri, əlbəttə, öz suverenliklərini və müstəqilliklərini qorumaq istəyirlərsə, İttifaq dövləti ilə yaxınlaşmada səmimi şəkildə maraqlı olmalıdırlar. Əminik ki, yalnız birlikdə qlobal çağırışlara qarşı müqavimət göstərmək olar”.
Azərbaycan da bu İttifaqa qoşulmalıdırmı? Bunun ölkəmizə faydası, yoxsa zərəri olacaq?
Mövzunu şərh edən T. Zülfüqarov, ilk növbədə, Rusiya və Belarusun birləşmə və ittifaq dövləti yaratma səyləri barədə bəyanat verdiyini, ancaq bu layihənin hələ də tamamlanmadığını vurğulayıb.
“Rusiya tərəfindən ittihamlar səslənir ki, Lukaşenko özü bu müttəfiq dövləti yaratmaq istəmir. Çünki ittifaq dövləti yaradıldıqdan sonra ümumi dövlət başçısı olmalıdır.
Bu baxımdan da məsələdə siyasi problemlər mövcuddur. Ona görə də layihənin 15 ildən çoxdur ki, icrası uzanır və nəticəsinin uğurlu olacağına heç kəs inanmır”.
T. Zülfüqarov əlavə edib: 
“İndiki mərhələdə Rusiya və Belarusun “İttifaq dövləti” və buna bənzər layihələrə qoşulma Lukanşenkonun irəli sürdüyü taktiki siyasi məqsədlər güdür. Fikrimcə, bu layihə tamamlansa belə, keçmiş sovet respublikalarının simasında onun başqa üzvü olmayacaq”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar