Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Laçın şəhəri bu tarixdə bizdə olacaq - Yeni yolla bağlı kritik gözlənti

Tarix: 02-07-2022 11:17     Baxış: 4304 A- / A+

Laçın şəhəri bu tarixdə bizdə olacaq - Yeni yolla bağlı kritik gözlənti

Ermənistan iddia edir ki, yeni dəhlizin açılmasına hələ ilyarım vaxt var və buna qədər “artsax”la birgə həll yolu tapacaqlar; ekspert: “Ermənistanın bu işi gecikdirmək imkanı yoxdur, biz Qarabağda görülən işləri İrəvanla razılaşdırmırıq...”
 
10 noyabr 2020-ci il kapitulyasiya aktının 6-cı bəndinə əsasən, 3 il ərzində (2020-2023) Laçın dəhlizinə alternativ yol tikiləcək və nəticədə Laçın və ətraf kəndlər (Zabux, Sus və s.) də Azərbaycanın nəzarətinə keçmiş olacaq. Nəticədə süni məskunlaşdırılan ermənilər isə Laçın şəhərindən çıxarılacaq.
 
“Yeni Müsavat” bildirir ki, bu yaxınlarda Azərbaycan yolun 2022-ci il iyulun əvvəlinə və ya uzağı yayın axırına hazır olacağını açıqlayıb. Həmçinin, Ermənistanın baş naziri Nikol Paşinyan bu günlərdə bildirib ki, alternativ yol açılandan sonra keçmiş “DQMV” ərazisinə daxil olmayan ərazilər Azərbaycanın nəzarətinə veriləcək, ordakı “narazı ermənilər”in məskunlaşdırılması üçün isə müvafiq tədbirlər görüləcək.
 
Lakin Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bir qədər fərqli fikir söyləyib. Sitat: “Biz həll yolu tapmaq üçün bütün bu məsələləri Qarabağ tərəfdaşlarımızla müzakirə edirik. ”artsax hökuməti" bu istiqamətdə işləyir. Yolun bir hissəsi və sakinlər üçün həllin tapılması ilə bağlı hələ vaxtımız var - təxminən il yarım. Biz “artsax hökuməti” ilə işləyəcəyik və həll yolu tapacağıq".
 
Burada diqqət çəkən məqam “ilyarım” məsələsidir. Belə çıxır, alternativ yol gələn ilin axırında açılacaq, Laçın şəhəri də o zaman nəzarətimizə keçəcək? Qriqoryan nəyə işarə edir?
 
Erməni rəsmisi onu da söyləyib ki, Ermənistandan Naxçıvana tranzit yolla keçərkən Azərbaycan mallarından vergi tutulacaq: “Mütləq sərhəd nəzarəti olacaq. Dəfələrlə demişik ki, Ermənistandan keçən yolun dəhliz məntiqini istisna edirik. Bizim siyasətimiz olduğu kimi qalır. Azərbaycanla Ermənistanın mövqeləri yaxınlaşıb deyəndə də sərhəd nəzarətinin tətbiqini nəzərdə tuturuq”.
 
Elə isə o halda Azərbaycan da Laçın dəhlizində və ya tikilən yeni alternativ yolda eyni gömrük- yoxlama rejimi tətbiq etməli deyilmi? Xatırladaq ki, Azərbaycan Prezidenti bu xüsusda öz mövqeyini Brüssel görüşlərinin birində açıq şəkildə bildirib. Deyib ki, Zəngəzur dəhlizində hansı yoxlama rejimi olacaqsa, Laçın dəhlizində də eynisi tətbiq ediləcək. Bu da tamamilə məntiqlidir. Çünki kapitulyasiya aktının 9-cu bəndində aydın yazılıb ki, Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən yolda yüklərin və sərnişinlərin maneəsiz hərəkətə zəmanət verməlidir. Bu da elə dəhliz məntiqidir. Yəni heç bir maneə yaradıla bilməz. Əks halda, həmin bənd pozulmuş sayılacaq və deməli, Azərbaycan da Laçın yolunda və ya yeni yolda analoji rejimi tətbiq etməli olacaq.
 
Polkovnik Şair Ramaldanov: Sosial şəbəkələrdə bilən də, bilməyən də
 
Polkovnik Şair Ramaldanov “Yeni Müsavat”a bildirdi ki, bəyannaməyə görə Ağdam, Kəlbəcər daxil olmaqla Laçın bizə döyüşsüz təhvil verilir: “Hazırda dəhlizə sülhməramlılar nəzarət edir və bu ərazinin Ermənistana aidiyyəti yoxdur. Sadəcə, gediş-gəliş yoludur. Yeni yolun təhvil verilməsinə də az qalıb və Rusiya sülhməramlıları ilə Azərbaycan alternativ yola birgə nəzarət etməlidir. Amma Ermənistanın bu işi gecikdirməyə imkanı yoxdur. Biz Qarabağda görülən işləri Ermənistanla razılaşdırmırıq, iki ölkə arasında yalnız sərhədlər dəqiqləşdirilə bilər. Kim Azərbaycan vətəndaşı olmaq istəsə qala bilər. Fikrimcə, köçürülmə işi zamanı Azərbaycanın müvafiq orqanları tərəfindən ermənilərlə iş aparılacaq. Paşinyan nə deyir-desin, ərazilərimizdə Azərbaycan qanunları ilə məsələlər həll olunacaq. Erməni baş nazir istəyir lap Ermənistanda kabinetində onlara yer versin, biz etiraz etmirik”.
 
Asif Nərimanlı: “Azərbaycan Ordusu analoji addımları Qarabağda da atacaq” -  JURNALİST ARAŞDIRMA MƏRKƏZİ
 
Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, çıxarılacaq ermənilərin Ermənistana, yoxsa Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərinə köçürüləcəyi vacib məqamdır:
 
 “Paşinyan bu ermənilərin mənzillə təmin ediləcəyini deyir, lakin mənzilin harada veriləcəyini açıqlamır. Mənzilin Ermənistan hökuməti tərəfindən təmin ediləcəyini nəzərə alsaq, onların Ermənistan ərazisinə köçürüləcəyi məntiqi ortaya çıxır, hərçənd, Qarabağa - separatçıların olduğu ərazilərə köçürülmələri də istisna deyil, xüsusilə sülhməramlıların olduğu bölgədə ermənilərin sayının artırılması istəyi fonunda bu mümkündür”.
 
Ekspertin fikrincə, Azərbaycan bu məsələyə xüsusi diqqət yetirməlidir: “Çünki Laçın şəhəri və Zabuxda yaşayan ermənilər Ermənistanın müxtəlif yerlərindən və Yaxın Şərqdən bu bölgəyə köçürülüb, ”Qarabağ erməniləri" deyil. Qarabağda hazırda qalan ermənilərin əksəriyyətinin də sonradan bölgəyə köçürülənlər olduğu ayrı bir həqiqətdir. Misal üçün, Zabuxun qondarma “icma rəhbəri” Çavuşyan 2014-cü ildə Suriyanın Qamışlı şəhərindən Laçına gəlib, 2016-cı ildə Zabuxa köçüb, 44 günlük müharibədə başının dəstəsi ilə Azərbaycana qarşı döyüşüb. Bakı bu ermənilərin Qarabağa gətirilməməsi, eyni zamanda, evlərin və digər obyektlərin məhv edilməməsi məsələsini rusların qarşısında qaldırmalıdır".
 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov demişdi ki, yeni yol iyul ayına qədər istifadəyə veriləcək. Artıq asfaltlama işləri gedir...

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar