Xəbər lenti
İrəvan Qarabağa "ordu" göndərir - Rusiya səssiz qalsa Azərbaycan vuracaq

Manevr.az xəbər verir ki, bunu milli.az-a açıqlamasında hərbi analitik, "M5 müdafiə və strategiya" jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Alp Arslan İmamqulu deyib.

O bildirib ki, muzdlu erməni silahlı dəstələrinin Qarabağa qanunsuz gəlişinə icazə veriləcəyi təqdirdə daha sərt addımlar atılacaq:
"Mövcud vəziyyətdə muzdlu erməni dəstələrinin Azərbaycan ərazilərində hər hansı bir əməliyyat icra edə bilməsi və qarışıqlıq yaratması qeyri-mümkündür. Ona görə ki, Azərbaycan Silhalı Qüvvələri ərazi bütövlüyümüz və təhlükəsizliyimiz adına lazımlı bütün addımları atmaqdadır və tədbirlər görməkdədir.
Qaldı ki, Sülhməramlı Qüvvələrin muzdlu erməni silahlı dəstələrinə Qarabağ gəlmələrinə izin verdiyi halda Qarabağ ərazisində qalmasına, bu, özü də başqa bir məsələdir. Çünki onların da 10 noyabr bəyanatına əsasən bəlli bir öhdəlikləri var. Öhdəliklərinin də ən başında Azərbaycan ərazilərində olabiləcək erməni əsilli teroristlərin tərkisilah edilib ərazilərimizdən çıxarılması idi.
Bu olmadığı təqdirdə və buna zidd davranışlar açıq-aşkar sərgilənərsə, təbii ki, artıq sülhməramlıların Azərbaycan ərazisini tərk etməsinə ehtiyac olacaqdır. Davamlı olaraq əlbəttə ki, sülhməramlı qüvvələrin ikili standartlarda davrandıqlarının dəfələrlə şahidi olmuşuq və buna qarşıda etirazlarımız rəsmi qaydada bəyan edilib. Bundan gərəkli dərslər alındığını düşünürəm. Amma gələcəkdə təkrar olaraq muzdlu erməni silahlı dəstələrinin ərazilərimizə qanunsuz gəlişinə icazə veriləcəyi təqdirdə daha sərt addımlar atılacağı da istisna edilmir".
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin müavini Saak Saakyanın son açıqlaması zamanı bildirib ki, "Xidmətə yeni qəbul olunan çağırışçıların püşkatma mərasimi ərazi bölmələrində yayımlanır, valideynlər oturub bütün prosesi izləyirlər. Püşkatmada Qarabağ ərazisi yoxdur. Biz Qarabağa müqaviləli hərbçiləri göndəririk".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar