Lavrovun Bakıda imzaladığı sazişin mürəkkəbi qurumamış Kremlin baş ruporu Xankəndi terrorçusunu efirə çıxarıb, sonra bizdən üzr istədi; politoloq və professorun replikası - "üzrü günahından betərdi..."
Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı səfərində ən vacib məqam 24 iyunda "Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş"in imzalanması oldu.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov birgə mətbuat konfransı zamanı dedi ki, son aylarda media ilə bağlı bir sıra problemli məsələlər olub. "Azərbaycanın bir neçə media resursu Rusiyada bağlanıb, bu ayın əvvəlində "RİA Novosti" dövlət informasiya agentliyi Azərbaycanda bloklanıb", - deyə nazir xatırlatdı. Onun sözlərinə görə, əsas vurğu tərəfləri bu cür halların qarşısını almağa stimullaşdıracaq mexanizmlərin hazırlamasına yönəlib. Lavrov da "biz başa düşürük ki, bu və ya digər qərar hansı səbəblərdən qəbul olunur. Biz, ilk növbədə, aparıcı KİV rəhbərləri ilə tədbirlər silsiləsi keçirəcək və müvafiq qanunlara əsaslanaraq bir-birimizin ərazilərində bu və ya digər hadisələri necə işıqlandırdığımız barədə müzakirələr aparacağıq. Razılıq əldə olunub ki, bu cür iş XİN informasiya xidmətlərinin himayəsi altında aparılsın" söylədi.
Belə bir sazişin imzalanmasının Rusiya KİV-lərindən Azərbaycanın ünvanına hədyanlar yağdıran, məsələn, deputat Zatulin, teleaparıcı Solovyov kimi şəxslərin çıxışlarında bəzi korrektələrə səbəb ola biləcəyini gözləmək olardı. Amma Lavrovun imzaladığı sazişin, necə deyərlər, mürəkkəbi qurumamış Solovyov yutubda yayımlanan müəllif proqramında Xankəndi separatçılarının liderlərindən biri David Babayanı efirə "qonaq etdi". Məlumdur ki, Solovyov Kremlin ruporlarından biri, bəlkə də birincisidir. Ola bilməzdi ki, o, Lavrovun Bakıda imzaladığı sənəddən xəbərsiz olsun. Üstəlik, Solovyov öz studiyasında Babayanı "Dağlıq Qarabağ Respublikası"nın "xarici işlər naziri" kimi təqdim edib. Bu mövzuda Haqqın.az yazır ki, Solovyovun Babayana ünvanladığı bütün suallar "Azərbaycana və onun ərazi bütövlüyünə qarşı açıq düşmənçilik" hesab oluna bilər. Lakin bir gün sonra Solovyov ya özü səhvini başa düşüb, ya da "yuxarılardan" onun "qulağını burublar".
Belə ki, jurnalist "mən böyük siyasi səhv etdim, çünki Qafqazda baş verən çox mürəkkəb sistemdə qüvvələr balansını pozdum", - deyə müəllif proqramında bildirib. O deyib ki, qarşı tərəfin - yəni Azərbaycanın da mövqeyini öyrənməyi planlaşdırıbmış. "Beləliklə, hazırda olduqca çətindir. Düşünürəm ki, çox hörmətli Azərbaycan tərəfdən necə şərh almaq olar. Təəssüf ki, asan deyil. Soruşdum, amma qarşı tərəf bu müsahibədən çox incidi. Üstəlik, bir daha demək istəyirəm ki, mən Rusiya-Azərbaycan münasibətlərinin indi oynadığı rolu yaxşı başa düşürəm və bu münasibətlər sisteminə nifaq salmamağın nə qədər vacib olduğunu başa düşürəm. Bir daha deyirəm, Azərbaycan tərəfinin öz sözünü deməsi üçün istənilən səviyyədə efir vaxtı verməyə hazıram və təbii ki, ilk növbədə bu regionda sülh və əmin-amanlığı yüksək qiymətləndirirəm. Ona görə də mən bu mövzunu federal efirdə işıqlandırarkən obyektivlik qaydalarına əməl etmədiyim üçün 44 günlük müharibə zamanı etdiyimiz kimi, eyni vaxtda iki tərəfin mövqeyini ifadə etmək imkanı vermədiyim üçün üzr istəyirəm. Bu, şübhəsiz ki, mənim siyasi səhvimdir, ona görə də üzr istəyirəm", - deyə Solovyov öz proqramının efirində bildirib.
Xəbər lenti
Solovyovun “qələti” - əvvəl Lavrovun imzasını heçə saydı, sonra da...
Ümumiyyətlə, Babayanın Azərbaycana qarşı çıxışları hər kəsə bəllidir. O, regionda sülhə və əməkdaşlığa qarşı çıxış edən iğtişaşçılardan, bölgədə Ermənistanla Azərbaycan arasında normallaşma prosesinə qarşı olanlardandır. Bu, həm də onun regionda pozuculuq fəaliyyəti üçün tapşırıq yerinə yetirdiyini də ehtimal etməyə əsas verir. Siyasi-ideoloji cəhətdən ermənilik xəstəliyinə yoluxmuş Babayan və onun kimilərinin düşüncəsi, danışmasa belə məlumdur. Problem Solovyovdadır. Rusiyanın təbliğat ruporlarından sayılan bu jurnalist əxlaq, peşə əxlaqı, beynəlxalq hüquq, dövlətlərarası münasibətlər kimi bütün normaları pozub. O, öz dövlətinə xəyanət edib. Solovyov bununla da Vladimir Putin və Sergey Lavrovun imzaladıqları sənədləri heçə sayıb.
Hətta bir vaxtlar Azərbaycan Prezidenti ilə görüşmüş, sonra sosial şəbəkələrdə "Dağlıq Qarabağa gəldiyinizə görə üzr istədiniz" sualına cavabında Solovyov peşman olmadığını demişdi: "Nəyə görə üzr istəməliyəm? Heç üzr istəməyə də hazırlaşmıram. Ora bir neçə dəfə getmişəm. Öz mövqeyimi də dəyişməyə hazırlaşmıram".
O baxımdan Solovyov verilişinə dəvət etdiyinin kimliyini bilmirdimi? Yaxşı bilirdi. O, qonağının nə danışacağını az qala əvvəldən bilənlərdəndir. Üzr istəmək tərbiyə göstəricisidir. Ancaq Solovyovun əvvəllər etdiklərini nəzərə alsaq, bu addımın onun tərbiyəsindən irəli gəldiyini düşünmək sadəlövhlük olar. O, həm səhv edib, öz ölkəsi haqqında pis fikir yaratmağa və sonra üzr istəməyə bir növ adətkardır. Beləsinə "qozbeli qəbir düzəldər" deyirlər...
Manevr.az xəbər verir ki, professor Qabil Hüseynlinin də "Yeni Müsavat"a bildirdiyinə görə, sözsüz ki, Solovyovu çağırıb iki dövlət arasında imzalanmış sənədi onun yadına salıblar: "Üstəlik, ona deyiblər ki, Rusiya-Azərbaycan əlaqələri inkişaf etdirilir. Ardınca Aşqabadda Putin İlham Əliyevlə görüşdü. Yəni bu gün təklənmiş Rusiya Azərbaycanla münasibətləri davam etdirməkdə maraqlıdır. Belə vəziyyətdə quldur Solovyovun separatçıları efirə çıxarıb, sonra "gərək Bakıdan da nümayəndə çağıraydım" deməsi həyasızlıqdır, onun üzrü günahından betərdir". Q.Hüseynli qeyd etdi ki, onun efirə çıxardığı adam qondarma rejimin üzvüdür: "Ona görə başından böyük qələt edib. Ümumiyyətlə, neçə illərdir ki, Azərbaycana qarşı təbliğat aparır və mənəvi-siyasi zərərləri də az olmayıb. Amma indi ən yüksək səviyyədə sıxıblar, qulağını burublar ki, azərbaycanlıların ürəyini yumşaltmağa çalışsın. Onun etdiyi statusu olmayan bölgəni legitimləşdirməyə çalışmaq cəhdidir. Odur ki, Bakıda imzalanmış həmin sazişin necə icra ediləcəyindən asılı olaraq Solovyov ritorikasını uyğunlaşdıracaq".
Polkovnik Üzeyir Cəfərov hesab edir ki, Solovyovun Babayanı efirə çağırmasında məqsəd qulaqları "artsax" sözünə öyrəşdirməkdir: "Onun yanında da Rusiya quberniyası qurmaq arzusu ilə yaşayırlar. Amma böyük qələt edirlər. Lavrovun Bakı səfərinin "yeddisi çıxmamış" bu addımı atırlarsa, hansı səmimiyyətdən söhbət gedə bilər? Rusiyanın rəsmi dairələri Solovyova bildiriblər ki, onsuz da çətin vəziyyətdə olan Rusiyanı daha da pis vəziyyətə qoyma. Əgər bu gün iki-üç dövlət Rusiyanın yanındadırsa, onlardan biri də Azərbaycandır. Solovyov heç vaxt səmimi olmayıb. O, Rusiyanın Jirinovskisidir. Sanki eynisidir. O tip adamlar- söhbət Simonyan kimlərdən də gedir- eyni cəbhədə dururlar. Biz dostumuzla düşmənimizi bəzən tanımırıq. Azərbaycanda bir neçə rusiyalı politoloq var ki, elə başa düşürəm ikibaşlı oyunlar oynayır. Bir sözlə, Solovyov bu addımında səmimi deyil, o, bu günlərdə yenidən daha ağır formada Azərbaycanin ərazi bütövlüyünə qarşı fikir səsləndirsə, təəccüblənmərəm. Birinci dəfədir bəyəm?!"

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar