Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Laçından çıxmaq istəməyən ermənilər: Onlar Azərbaycan vətəndaşlığını qəbul edir?

Tarix: 30-06-2022 15:39     Baxış: 3234 A- / A+
“Bu şərtləri qəbul etmək istəməyən Azərbaycanı tərk edə bilər”.

Manevr.az xəbər verir ki, bunu yenisabah.az-a açıqlamasında Milli Məclisin Deputatı Elman Nəsirov deyib.
O, Laçın rayonundakı Zabux kəndində məskunlaşmış ermənilərin ərazini tərk etmək istəməməsini şərh edib.
Xatırladaq ki, Ermənistana ərazisinə uzanan yeni yolun çəkilişi ilə əlaqədar sözügedən yaşayış məntəqələrində qanunsuz məşkunlaşmış Ermənistan əhalisi çıxarılmalıdır. Bunu Baş nazir Nikol Paşinyan da təsdiqləyib.
Mövzunu şərh edən E. Nəsirov qeyd edib: 
“Azərbaycanın Prezident İlham Əliyevin formalaşdırdığı məlum siyasəti var. Həmin siyasətin nəticəsidir ki, postmüharibə dövrünün həllini gözləyən məsələlərin tənzimlənməsində israrlıyıq. Sərhədlərimizi qorumaq üçün postlar, hərbi hissələr yaradılır və Azərbaycan Silahlı Qüvvələri sərhədlərin qorunmasında öz missiyasını layiqincə yerinə yetirir. Ən vacib məsələ iki dövlət arasında sərhədlərin delimitasiya və demarkasiyadır. Bununla bağlı hər iki tərəfindən komissiya yaradılıb və sərhəd bölgələrdə görüş keçirilib. Növbəti görüşün Moskvada olması gözlənilir. Bəzi məlumatlara görə isə hətta üçüncü görüş Brüsseldə baş tuta bilər”.
Deputat bildirib ki, Azərbaycanın heç bir dövlətin ərazisində gözü yoxdur:
“Laçın şəhəri və onun ətrafındakı kəndlər Azərbaycanın tam yuristiksiyasına keçib və bu Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən də etiraf olunub. Qarabağda yaşayan ermənilər, təbii ki, Azərbaycan vətəndaşlarıdır. Onlar Azərbaycan qanunlarına tabe olmalı, Azərbaycan Respublikasının vətəndaşlıq sənədini almalı, Azərbaycan dilini öyrənməli və digər Azərbaycan vətəndaşları kimi eyni hüquqlu bərabər səviyyədə yaşamalıdırlar. Bu şərtləri qəbul etmək istəməyən Azərbaycanı tərk edə bilər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar