Xəbər lenti
“Rusiyaya Çinlə birləşmək imkanı verməyəcəklər” - Politoloq
Manevr.az xəbər verir ki, bunu sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Müsahib qeyd edib ki, əsas təhdid Rusiyadır:
“Bu ölkə Avropanın geopolitik arxetekturasını, təhlükəsizliyini pozub. Çin də Avropaya qarşı iqtisadi ekspansiya siyasəti həyata keçirir. NATO həmçinin Yaponiya, Avstraliya, Yeni Zelandiya kimi ölkələri də bu sammitə dəvət etmişdi. Göründüyü kimi, NATO regional deyil, Qərb alyansıdır. Ümumilikdə beynəlxalq müstəvidə mübarizəyə başlayır. Bu istiqamətdə Çin və Rusiya əsas təhdid olaraq qalacaq. Düşünürəm ki, Qərb koalisiyası bu iki ölkəyə qarşı formalaşdırılırsa, Rusiya və Çin bir ittifaqda birləşə bilər”.
“Çünki Çinə qarşı iqtisadi sanksiyaların tətbiq edilməsi ehtimalı güclüdür. Onun da iqtisadi tərəfdaşı məhz ABŞ və Avropa ölkələridir. Fikrimcə, Qərblə Çin arasında yalnız soyuq müharibə gedəcək. Rusiya isə ümumiyyətlə zəifləyəcək, bu istiqamətdə işlər də aparılır. Elə bir vəziyyət yaradılacaq ki, Rusiya Çinlə birləşib Qərbə qarşı vahid koalisiya yaratmasın”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar