Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

NATO Rusiya sərhədlərinə yaxınlaşdı - Dünya müharibəsinə hazırlıq başladı

Tarix: 30-06-2022 09:32     Baxış: 4288 A- / A+


NATO-nun Madrid sammiti çərçivəsində Türkiyə, Finlandiya və İsveç heyətləri arasında görüş keçirilib. Gözlənilənlərin əksi olaraq Türkiyə İsveç və Finlandiya ilə anlaşdı. Ankara hər iki ölkənin NATO üzvlüyünə razılıq verdi. Alyansın Madriddə keçirilən sammitindən əvvəl Rəcəb Tayyib Ərdoğan razılığa gəldi.
NATO zirvəsi üçtərəfli bəyanat imzalanmaqla yekunlaşıb. Danışıqlardan sonra Türkiyə, İsveç və Finlandiya üçtərəfli birgə memorandum imzalayıb. Sazişdə Ankaranın tələbləri nəzərə alınıb. Belə ki, Finlandiya və İsveç PKK və onun törəmələri ilə mübarizədə Türkiyə ilə tam əməkdaşlıq edəcəyinə, terrorun bütün forma və təzahürlərinə qarşı Türkiyə ilə həmrəylik nümayiş etdiriləcəyinə razılıqlarını ifadə ediblər. Bu ölkələr eyni zamanda PYD/YPG və FETÖ-yə dəstək verməmək öhdəlik kimi götürüblər.

Terrorla mübarizə və müdafiə sənayesi üzrə İsveç və Finlandiyanın milli qanunvericiliyinə və təcrübələrinə düzəlişlər etmək öhdəliyini də üzərlərinə götürdüklərini nəzərə alsaq, deyə bilərik ki, Türkiyə NATO-da öz çəkisini ciddi mənada hiss etdirib. Terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində kəşfiyyat məlumatlarının mübadiləsi üzrə strukturlaşdırılmış əməkdaşlıq mexanizminin yaradılması istiqamətindəki razılıq da məhz ən çox Ankaranın maraqlarına xidmət edəcək.
Finlandiya və İsveçin bu zamana kimi terrora dəstək verdiklərini unutmasaq, üç ölkə arasında terrorçu cinayətkarların ekstradisiyasına dair konkret addımların atılması və ikitərəfli müqavilə tənzimləmələrinin aparılması məsələsində də razılığa gəlinməsinin Türkiyənin terrorla mübarizədə çox böyük həmlə edəcəyini anlamaq çətin deyil.
Məhz bu mənada iki ölkədə də (İsveç, Finlandiya) PKK, onun qolları və cəbhə təşkilatlarının pul toplama və işə götürmə fəaliyyətlərinin qadağan edilməsi, onların araşdırılması da Türkiyənin önündə terrorun qol-qanadını qırmaq, onu zərərsizləşdirmək, dünyanı terrorçulardan təmizləmək istiqamətində önəmli imkanlar açacaq.

Bütün bu addımların icrasına nəzarət etmək üçün Ədliyyə, Kəşfiyyat və Təhlükəsizlik qurumlarının iştirakı ilə Daimi Birgə Mexanizmin yaradılması isə Türkiyənin adı çəkilən dövlətlərdən sözügedən məsələlərlə bağlı ikiqat zəmanət tələbi kimi şərh edilə bilər.
Konkret desək, Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olması üçün irəli sürdüyü tələblərin yerinə yetirilməsinə nail oldu. Bu, bir daha təsdiq etdi ki, Türkiyə qlobal siyasi oyunçu olaraq mühüm qərarları müəyyən edən əsas aktordur. Çox güman ki, bu təmasdan heç də məmnun olmayan əsas bir tərəf var - Kreml! Çünki Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzv qəbul edilməsinə razılıq verməsi o deməkdir ki, Rusiya ətrafında çəmbər bir az da daralacaq. NATO Baş katibi Alyansız Zirvə görüşü öncəsi qeyd edib ki, "Putin hələ Rusiya sərhədində daha çox NATO görəcək". Bu da Rusiya üçün çəmbərin əhəmiyyətli dərəcədə daralacağını təsdiq edəcək növbəti faktdır.

NATO-nun şərqə doğru 23 illik genişlənməsi nəticəsində ittifaqın Rusiya ilə 1215 km-lik sərhədi yarandığını nəzərə alsaq, Moskvanın işi heç də asan görünmür. Xüsusən də Finlandiya və İsveçin Alyansa daxil olmasından sonra bu məsələ Rusiya üçün daha da qəlizləşəcək.
Çünki təkcə Finlandiyanın Rusiya ilə 1270 km quru sərhədi var. Yəni bu,  Rusiyanın NATO ilə sərhədlərinin uzunluğu 2 dəfədən də çox artması deməkdir. İsveçin də qoşulması nəticəsində isə Baltik ölkələrindəki NATO batalyonları briqada səviyyəsinə yüksəldiləcək. Bu da Baltik dənizinin NATO-nun nəzarətinə keçməsi anlamına gələcək. 
"Ukraynanın NATO-ya girməsinə yol verə bilmərik, bu, sərhədlərimizdə bizə birbaşa təhdid yaradacaq" deyərək Avropanın şərqində dəhşətli başlatdığı müharibəni hələ də davam etdirən Putin, NATO-nu doğulub-böyüdüyü Sankt-Peterburqda qədər gətirdi desək, yanılmarıq.

İndidən demək olar ki, bu, Rusiya üçün çox ağır strateji məğlubiyyət hesab edilə bilər. Buradan belə nəticə çıxır ki, Rusiya Ukrayna müharibəsinə sövq edilməklə əslində hesab etdiklərinin əksi olaraq çox yalnış qərtar verib. Kollektiv Qərb və ABŞ Avropanın Şərqində belə bir savaşın başlaması üçün əlindən gələni etdi və nail oldu. Nəticədə Rusiya xeyli sayda, hətta ordusunun 65-70% hissəsini itirdi, minlərlə əsgəri Ukrayna bataqlığında yox oldu. Kremlin başı Ukraynadkı müharibəyə qarışdığı bir vaxtda Qərb Rusiyaya qarşı "B" planını işə salaraq NATO-nin sərhədlərini genişləndirməyi bacardı. 
Heç kim zəmanət verə bilməz ki, NATO Ukrayna ilə müharibədən zəifləmiş halda çıxan Rusiyanın qapısını döyməyəcək. Bu isə heç şübhəsiz ki, Üçüncü Dünya müharibəsini qaçılmaz edəcək. Buradan da belə anlaşılır ki, Rusiya-Ukrayna müharibəsi yaxın gələcəkdə görəcəyimiz son savaş olmayacaq. Nəticədə isə dünyanın qorxduğu, nüvə müharibəsinin baş verəcəyi istisna edilə bilməz. Demək, daha böyük müharibə qarşıdadır.milli.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar