Sizin Reklam Burada
Xəbər lenti
17-09-2025
16-09-2025
BÜTÜN XƏBƏRLƏR

"Paşinyan xaqı müharibəylə qorxudaraq, bunu etməyə çalışır...” - Açıqlama

Tarix: 29-06-2022 16:20     Baxış: 4270 A- / A+
“Paşinyan xaqı müharibəylə qorxudaraq, bunu etməyə çalışır...” - Açıqlama
“Ermənistanın bir qrup eksperti hesab edir ki, baş nazir Nikol Paşinyan son müsahibəsində “Azərbaycan müharibəyə hazırlaşır” cümləsiylə erməni cəmiyyətini güzəştlərə hazırlamaq istəyib. Yəni Paşinyan erməni cəmiyyətinə demək istəyib ki, bəzi addımlar atılmasa, Azərbaycan müharibəyə başlayacaq”.
Manevr.az xəbər verir ki bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Paşinyanın Laçın və ətraf kəndlərin boşaldılmasıyla bağlı cümləsi bununla əlaqələndirilir:

“Laçının və ətraf kəndlərin boşaldılması Paşinyanın güzəşti deyil. O, sadəcə 2020-ci il 10 noyabr bəyanatını yerinə yetirir və Laçının ətraf kəndləri ilə bəbarər boşaldılacağı erməni cəmiyyətinə əvvəlcədən bəlli idi.
 
Nikol Paşinyanın müsahibəsində Minsk Qrupunu diriltməyə çalışacağını vurğulaması, sərhəd məsələsini həll etməyə və sülh sazişini imzalamağa həvəsinin olmadığını, Zəngəzur dəhlizinə müqavimətini davam etdirəcəyini söyləməsinə diqqət yetirmək lazımdır. Paşinyan bir tərəfdən cəmiyyətini yeni müharibə ilə qorxutmağa çalışır, digər tərəfdən İkinci Qarabağ müharibəsinin ölkəsi və milləti üçün ağır nəticələrini unutmağa çalışır. Əks halda razılaşdırılan məsələlərin həllini uzatmazdı. Fikrimcə, problemin kökü bundadır./sfera.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar