Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bakı və Moskva Ermənistandan hər an istədiyini ala bilər - Mixaylov

Tarix: 28-06-2022 19:46     Baxış: 3234 A- / A+
Bakı və Moskva Ermənistandan hər an istədiyini ala bilər - Mixaylov
Ermənistanda müxalif qüvvələrin cəmiyyətdə ciddi dəstəyi yoxdur, onlar sadəcə dalğa yaradırlar.
Manevr.az xəbər verir ki, bunu Beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert, “Jurnalist araşdırmaları” Yutub kanalının aparıcısı Yevgeni Mixaylov Ermənistanın müxalif Milli Demokratik Qütbünün nümayəndəsi Karo Yeqnukyanın “Tezliklə Sünikdə Rusiya bayrağının əvəzinə ABŞ bayrağı dalğalanacaq” bəyanatını Oxu.Az-a şərh edərkən bildirib.
Ekspertin sözlərinə görə, bunlar son dərəcə radikal bəyanatlardır və Rusiyada buna diqqət yetirəcəklər.
“Axı məhz Rusiya Federasiyası Ermənistanın təhlükəsizliyinin təminatçısıdır. Amma biz hamımız başa düşürük ki, Moskva və Ankara indi bir-biri ilə əməkdaşlıq edirlər və vəziyyətin erməni fəalın dediyi kimi inkişafına, sadəcə yol verilməyəcək”.
O, bildirib ki, bəzi Qərb fondları erməni müxalifətinə kömək etsə də, Paşinyanın mövqeyi hətta altı ay əvvəlkindən də sabitdir.
“Elə bir vəziyyət yaranır ki, Ermənistanın baş naziri sülh nizamlanmasını məntiqi sonluğa - yəni üçtərəfli bəyanatlarda qeyd olunan öhdəliklərin yerinə yetirilməsinə çatdıra bilər”, - deyə Mixaylov vurğulayıb.
Ekspert İrəvanın əldə olunmuş razılaşmaları həyata keçirməyə başlayacağı vaxtla bağlı da öz fikrini bildirib.
Onun sözlərinə görə, hazırda Rusiyanın “əbədi və anlaşılmaz” dostu olan Ermənistan Moskva ilə Qərb arasında qarşıdurmanın necə inkişaf edəcəyini, Ukraynadakı münaqişənin necə bitəcəyini izləyir.
“Ermənistandakı bəzi qüvvələr Cənubi Qafqazda sabitliyi pozmağa cəhd etmək üçün əlverişli vaxt gözləyir. Bakı və Moskva Ermənistandan hər an istədiyini ala bilər. Amma indi, görünür, Rusiya o hayda deyil: Moskva regionda baş verənləri sadəcə izləyir. Amma əldə olunan razılaşmaların həyata keçirilməsi qaçılmazdır”, - deyə Mixaylov sözlərini yekunlaşdırıb./yenipress.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar