Xəbər lenti
“Putinin xarakteri belədir ki, ölənə qədər...” – Müharibənin uzanmasının pərdəarxası
O, Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiyaya ilə müharibəni qışa qədər bitəcəyi ilə bağlı proqnozuna rəy bildirib.
“Müharibənin uzanacağı aydın məsələdir. Çünki hər iki tərəf bir-birinin gücünü test edir. Qərb Rusiyanı öz sanksiyaları ilə çökdürmək, Rusiya isə Qərbin döyüşü qələbə ilə bitirmək istəyir”, - deyə Ceyhun Əhmədli vurğulayıb.
O əlavə edib: “İlk gündən Rusiyaya qarşı müxtəlif sanksiyalar paketi elan edilib. Bu sanksiyalar Rusiyanın iqtisadiyyatına ciddi zərbi vurub. Onun ən böyük planı qışa qədər rəqiblərini qaza möhtac qoymaqdır. Belə olan halda Qərbin Ukraynaya silah tədarükü və maddi yardımı dayandırılacaq, hətta Ukrayna sülhə məcbur ediləcək”.
Siyasi şərhçi bildirib ki, tərəflərin hər ikisi fəlakətli vəziyyətlə üzləşdiyini dərk edərək müharibəni məğlub bitirə, yaxud tərəflərdən birinin kapitulyasiyası elan edilə bilər. Hazırda bu ssenarilərdən heç birinin gerçəkləşməsi üçün zəmin yoxdur:
“Hərb meydanında Rusiya hər gün irəliləyir, yeni qəsəbələr, şəhərlər onun nəzarətinə keçir. Ancaq bu o demək deyil ki, Ukraynanın müqaviməti tamamilə qırılıb.
Putin elə bir xarakterə sahib insandır ki, o qələbənin alternativini qəbul etməyəcək və müharibəni məğlub bitirməyəcək. Müharibə başladıqda minimal və yaxud maksimal qələbə ilə Moskvanın mərkəzində hərbi parad təşkil etməyi planlanlaşdırılmışdı. Amma maksimal qələbə o zaman ola bilərdi ki, Rusiya qısa zamanda Kiyevi ələ keçirsin və Ukraynanın müqavimətini qırsın.
Rusiya hesab edirdi ki, Ukrayna xalqı rus ordusunu xilaskar kimi qarşılayacaq və Ukraynada hakimiyyət devriləcək. Lakin bu baş tutmadı, indi Rusiya minimal qələbə barədə fikirləşir"
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar