Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Paşinyanın bu addımı elə müharibə səbəbidir

Tarix: 28-06-2022 16:44     Baxış: 3257 A- / A+

Ermənistan bir çox məsələlərdə 10 noyabr bəyanatına zidd olan siyasət həyata keçirir. Cənab Prezident də öz çıxışlarında sözügedən məsələ ilə bağlı danışıb. Paşinyanın cavablarından görünən odur ki, İlham Əliyevin İrəvana xəbərdarlığı hədəfinə çatıb.
Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a Ermənistan Baş naziri Nikol Paşinyanın dünən onlayn formatda keçirdiyi mətbuat konfransında Azərbaycanın yenidən müharibəyə hazırlaşması haqqında sözlərini şərh edən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
T.Zülfüqarov İrəvanın Bakının tələblərinə ciddi şəkildə diqqət verməli olduğunu vurğulayıb:
“Azərbaycanın ölkə başçısı səviyyəsində verdiyi bəyanatlar əslində Ermənistan üçün təəccüblü olmamalıdır. Çünki 10 noyabr bəyanatı rəsmi İrəvan üçün həm də kapitulyasiya aktıdır. Dövlətimiz uzunmüddətli işğaldan sonra Ermənistanı məğlubiyyətə uğradaraq onu sülhə məcbur edib. Yazılı öhdəlik götürüb, sonra ondan boyun qaçırmaq elə müharibə səbəblərindən biridir. İrəvan mütləq şəkildə öz öhdəliklərini yerinə yetirməlidir. Daxildə problemləri var və s. onların öz işləridir. Lakin işğalçı dövlət üzərinə götürdüyü öhdəliyi yerinə yetirməli, ölkəmizə dəyən ziyan ödənilməli, eyni zamanda işğal və atəşkəs dövründə, 44 günlük müharibə ərzində insanlığa qarşı cinayət törədənlər cəzalandırılmalıdır. Azərbaycanın tələbləri yalnız Ermənistana və beynəlxalq ictimaiyyətə deyil, eyni zamanda vasitəçilik rolu oynayan Rusiyaya ünvanlanıb. Sergey Lavrovun ölkəmizə son səfəri zamanı da bəhs etdiyimiz məsələlər qaldırılıb. Onlar ya siyasi yolla məsələnin həllinə razı olacaqlar, ya da Azərbaycan İrəvanı buna məcbur edəcək”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar