Sizin Reklam Burada
Xəbər lenti
11-09-2026
10-09-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan, Türkiyə və İran XİN başçıları Tehranda üçtərəfli görüş keçirəcək

Tarix: 28-06-2022 09:28     Baxış: 3358 A- / A+

Türkiyə-İran-Azərbaycan üçtərəfli əməkdaşlıq formatı çərçivəsində xarici işlər nazirlərinin növbəti görüşü İranın Tehran şəhərində olacaq.
Manevr.az
xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Hüseyn Əmir Abdullahianla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Çavuşoğlunun sözlərinə görə tərəflər görüşü bu il ərzində keçirməyi planlaşdırır. Dəqiq tarix barədə məlumat verilmir.
Çavuşoğlu Türkiyə və İranın ətraf mühitlə bağlı birgə fəaliyyətinin zəruriliyinə diqqət çəkib və iki ölkənin mütəxəssislərinin bir araya gələcəyini bildirib.
O, eyni zamanda, Türkiyə və İranın köklü və tarixi əlaqələri olduğunu vurğulayıb və bu əlaqələri hər sahədə genişləndirmək və hər iki ölkəyə fayda verəcək şəkildə inkişaf etdirmək əzmində olduqlarını qeyd edib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar