Xəbər lenti
Danışıqlarda əsas mövzu Zəngəzur dəhlizi olacaq - Politoloq
Politoloq qeyd edib ki, danışıqların mərkəzində Zəngəzur dəhlizinin açılması olacaq: “Mariya Zaxarova özü də açıqlamasında söyləyib ki, Lavrov Bakı səfərində tərəfləri maraqlandıran bütün mövzularla bağlı fikir mübadiləsi aparacaq. Sərhəddəki gərginlik və Qarabağda qeyri müəyyən vəziyyət də müzakirələrdə öz yerini alacaq. Amma danışıqların mərkəzi bu məsələlər olmayacaq. Dünyada müşahidə edilən iqtisadi böhran, buğdanın ixracı ilə bağlı məsələlər ətrafında danışıqlar gedəcək. Çox güman ki, Zəngəzur dəhlizi məsələsi də müzakirə olunacaq. Çünki bu, Rusiya üçün də vacib bir yoldur. Amma Ermənistanın destruktiv siyasəti bu prosesin ləngiməsinə gətirib çıxarır”.
İ.Vəlizadənin fikrincə, 3+3 formatında keçirilən görüşdə heç bir razılıq əldə olunmayacaq: “Burada tərəflər sadəcə öz fikirlərini irəli sürüb müzakirə edirlər. Gürcüstan məlum səbəblərə görə bu formatda iştirak etmir. Ancaq bu o demək deyil ki, görüş reallaşmayacaq. Belə olduğu halda, biz qeyd olunan görüşü “3+3” deyil, “3+2” formatında nəzərə almalıyıq. Burada əsas məsələ Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərin tənzimlənməsidir. Çünki Azərbaycan-Rusiya, Türkiyə-Rusiya münasibətləri kifayət qədər yüksəkdir. Yalnız Ermənistan ilə münasibətlər gərgindir və bu görüşün də məqsədi əlaqələrin inkişaf etdirilməsidir. Qarşı tərəf də başa düşür ki, bizimlə münasibətlərin normala dönməsi ilk növbədə özlərinə fayda verəcək. Yəni “3+3” formatlı görüşün mahiyyəti əlaqələrin yaxşılaşdırılması və regionda sülhün təmin olunmasıdır”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar