Sizin Reklam Burada
Xəbər lenti
24-08-2025
23-08-2025
BÜTÜN XƏBƏRLƏR

Bakı hərbi xərcləri niyə artırır?

Tarix: 21-06-2022 17:50     Baxış: 3328 A- / A+



Dünyada mürəkkəb geosiyasi vəziyyət yaranır. Qlobal və regional təhdidlər demək olar ki, bütün dünya ölkələri üçün ciddi problemə çevrilir. Və Azərbaycan bu mürəkkəb, partlamağa meyilli regionda yerləşdiyindən hərbi xərclərin artırılması dövlət üçün həyati əhəmiyyət kəsb edir.
Manevr.az xəbər verir ki, bu fikirləri axar.az-a azərbaycanlı politoloq Rizvan Hüseynov deyib.
Onun sözlərinə görə, hərbi büdcənin artırılmasının bir neçə səbəbi var:
“Birincisi, Azərbaycan 44 günlük müharibə zamanı azalmış müasir tipli silah və texnikalar alacaq. İkincisi, Azərbaycan yeni hərbi-siyasi xarakterli çağırışlarla üzləşir. Ona görə də Azərbaycan əlavə olaraq həmin silah növləri, artilleriya, RYAS, müasir elektron müharibə sistemləri və bu vəzifələrin həllini təmin edəcək digər avadanlıqlar alır.
Üçüncüsü, Azərbaycan ordusunun modernləşdirilməsi prosesi dünya standartlarına cavab verən sürətlə gedir”.
Ekspert vurğulayıb ki, Azərbaycan Prezidentinin Bakı Qlobal Forumundakı çıxışı təkcə Zəngəzurdan keçən nəqliyyat dəhlizlərinin açılması prosesini sabotaj edən Ermənistana deyil, həm də İrəvanı buna təhrik edən xarici qüvvələrə mesajdır:
“Azərbaycan bütün mümkün vasitələrlə üçtərəfli sazişlərin icrasını təmin etmək əzmindədir və artıq 2020-ci il təcrübəsi var. Azərbaycan bütün məsələlərin danışıqlar masası arxasında həllinə ümid edir, lakin təcrübənin göstərdiyi kimi, hərbi-siyasi amilin formalaşması danışıqlar prosesinin irəliləyişinə təminat kimi çox mühüm rol oynayacaq”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar