Sizin Reklam Burada
Xəbər lenti
24-12-2024
23-12-2024
BÜTÜN XƏBƏRLƏR

Elçibəyin köməkçisindən Etibar Məmmədova İKİNCİ CAVAB

Tarix: 19-06-2022 16:22     Baxış: 3287 A- / A+


Elçibəyin köməkçisindən Etibar Məmmədova İKİNCİ CAVAB

Azərbaycan Milli İstiqlal Partiyasını (AMİP) lideri Etibar Məmmədov sabiq prezident Əbülfəz Elçibəyin iyunun 17-dən 18-nə keçən gecə Bakını tərk edərək Kələkiyə getməsi ilə bağlı danışıb. 
Etibar Məmmədov 4 iyun qiyamı səbəbindən baş verən hadisələri şərh edərək deyib ki, Əbülfəz Elçibəyin təhlükəsizliyinə təminat verəcəyini, onu heç bir təhlükənin gözləmədiyini onun özünə çatdırıb, amma Prezident onun dediklərinə fikir verməyib. Etibar Məmmədovun səsləndirdiyi fikirlərlə bağlı cebhe.info-ya danışan Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov AMİP liderinin düz danışmadığını, özünün imkanlarını şişirtdiyini deyib: 
"Birincisi, Əbülfəz Elçibəy Etibar Məmmədov dediyi kimi, iyunun 16-17-si Bakını tərk etməyib, iyunun 17-dən 18-ə keçən gecə Kələkiyə gedib. Etibar Məmmədov 29 il sonra bu məsələlərə qayıdır və özünün proseslərdəki rolunun əhəmiyyətli olduğunu göstərməyə çalışır. Etibar Məmmədovun 4 iyun qiyamında iştirakı da, hansı rol oynadığı da bütün cəmiyyətə bəllidir. AMİP-in rayon şöbələrinə verilən təlimatlar, rayon icra hakimiyyətlərinin tutulması ilə bağlı göstərişlər- bunların hamısı dəfələrlə faklarla ortaya qoyulub. Kürdəmirdə, Göyçayda və digər rayonlarda mitinqlərə cəhdlər, qarışıqlıq yaratmaq, AMİP Siyasi Şurasının üzvü, faktiki olaraq partiyanın ikinci şəxsi olan Şadman Hüseynovun Gəncədə Surət Hüseynovla birgə fəaliyyəti və s. ortada olan məsələlərdir. Etibar Məmmədovun Əbülfəz Elçibəyə təminat verməsi iddiası da doğru deyil. Etibar Məmmədov o zaman siyasi müxalifətin rəhbəri idi. Onun əlində hansısa böyük resurslar yox idi. Etibar Məmmədov öz imkanlarını həddən artıq çox şişirdir. O, hansısa bir təminat verə bilməzdi. Bu, söz xatirinə deyilir". 
O.Qasımov əlavə edib ki, Etibar Məmmədovun Əbülfəz Elçibəyə münasibətini zamanında AMİP-in mətbuat katibi olmuş Nazir Əhmədli iyun hadisələri ilə bağlı məqaləsində təsvir edib: 
"Əbülfəz Elçibəy Etibar Məmmədova Baş nazir vəzifəsini təklif etmişdi, amma Etibar Məmmədov qəbul etməmişdi. Məqalədə deyilir ki, Etibar Məmmədovdan Elçibəyin təklifini niyə qəbul etmədiyini soruşdum. Əgər qəbul etsəydi, Heydər Əliyev Ali Sovetin sədri, Etibar Məmmədov Baş nazir olurdu. Faktiki olaraq hərbi müxalifətlə siyasi müxalifət ayrılırdı və hakimiyyət rahat şəkildə qoruna bilinirdi, qiyamın qarşısı alınırdı. Etibar Məmmədovun cavabı isə belə olub: Elçibəyi yola salaq, bu məsələni sonra özümüz həll edərik. Etibar Məmmədova ən yaxşı cavab elə Nazir Əhmədlinin 2 il qabaq yazdığı məqalə ola bilər". 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar