Sizin Reklam Burada
Xəbər lenti
24-12-2024
23-12-2024
BÜTÜN XƏBƏRLƏR

“Ermənistan sülh prosesini ləngidir, Azərbaycanı Rusiya ilə qarşı-qarşıya qoymağa çalışır”

Tarix: 19-06-2022 09:53     Baxış: 3338 A- / A+

Ermənistan Azərbaycanla sülh sazişi bağlanmasına yönəlmiş prosesi ləngitmək üçün aktiv şəkildə Azərbaycanı Rusiya ilə qarşı-qarşıya qoymağa, Bakı və Moskva arasındakı münasibətlərə zərbə vurmağa çalışır. 
Bu barədə Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev "Rasim Babayevlə müasir söhbət" YouTube kanalına müsahibəsində bildirib.
"Ermənistan vaxtı uzatmağa, hansısa prosesləri gözləməyə çalışır. Düşünürəm ki, onlar, xüsusən, bu gün Ukraynada baş verən müharibəyə ümid edirdilər. Bu müharibə zamanı onların hər yolla Azərbaycanı Rusiya ilə qarşı-qarşıya qoymağa çalışdıqlarını görürük. Müxtəlif amillərdən, o cümlədən Azərbaycanın Ukrayna-Rusiya müharibəsinə münasibətindən istifadə edirlər. Və hər yolla Azərbaycan və Rusiya arasındakı münasibətlərə zərbə vurmağa çalışırlar", deyə o qeyd edib.
Amma, Əliyevin sözlərinə görə, Ermənistana dünyanın müxtəlif güc mərkəzlərinin Bakıya münasibətinin dəyişməz olaraq qaldığını başa salıblar. "Yerevana başa salıblar ki, heç kim müharibəyə qədər, müharibə zamanı və müharibədən sonra Rusiyanın da, ABŞ-ın da, Avropa İttifaqının da Azərbaycanla formalaşmış münasibətlərini yenidən nəzərdən keçirmək niyyətində deyil. Və bütün tərəflər bu (Ermənistan-Azərbaycan) münaqişənin tezliklə başa çatmasında maraqlıdır. Yəni mövzu bağlanmalıdır", deyə Turan İA-nın direktoru qeyd edib.
Bununla belə, o qeyd edib ki, Ermənistan Azərbaycanla yaxşı qonşuluq münasibətlərinin qurulması prosesini ləngitmək səylərini davam etdirir.
Ekspert həmçinin Ermənistan müxalifətinin Yerevanda çadırları yığışdırıb, Ermənistan baş naziri Nikol Paşinyanın həyata keçirdiyi siyasətə qarşı etiraz aksiyasını dayandırmaq qərarı ilə bağlı fikir bildirib. 
"Düşünürəm ki, onlara heç bir dəyişiklik olmayacağını, yəni əsaslı dəyişikliklər gözləməməli olduqlarını başa salıblar... Rusiyanın bu gün nə cürsə bu prosesi (Azərbaycan və Ermənistan arasında sülh sazişinə nail olunması) gecikdirməyə, ləngitməyə çalışdığını düşünmürəm. Bu, Moskvanın maraqlarına uyğun deyil. Hətta, məncə, Moskva prosesi sürətləndirmək üçün Yerevana təzyiq göstərir", deyə Əliyev bildirib.
Ukraynadakı vəziyyətə toxunan Əliyev qeyd edib ki, müharibə Ukraynanın siyasi, hərbi və dəyərlər nöqteyi-nəzərdən Avropa məkanına inteqrasiyasını kəskin şəkildə sürətləndirib: "Onillər ala biləcək proses sayılı dəqiqələrə qədər sürətlənib".
Onun fikrincə, hakimiyyətə yeni qüvvələrin gələcəyi Rusiya da Avropaya istiqamətlənəcək: "Putinin Avropaya pəncərə açan və onu Avropa məkanının bir hissəsinə çevirən Birinci Pyotrun irsinə üz tutması təsadüfi deyildi və bunu Qərbə mesaj kimi qiymətləndirmək olar".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar