Sizin Reklam Burada
Xəbər lenti
24-12-2024
23-12-2024
BÜTÜN XƏBƏRLƏR

“Bu üçlük Dağlıq Qarabağı Azərbaycanın tərkibinə qaytardı” – Paşinyan

Tarix: 16-06-2022 21:27     Baxış: 3312 A- / A+

Baş nazir Nikol Paşinyan keçmiş prezidentlər Serj Sarkisyanla Robert Koçaryan başda olmaqla müxalifətin Qarabağla bağlı iddialarını yalan adlandırıb. Keçmiş liderlər iddia edirlər ki, prezidentlik illərində “Atrsax (Dağlıq Qarabağ-red.) heç vaxt Azərbaycanın tərkibində olmayacaq” devizi ilə hərəkət ediblər.
“Danışıqlar prosesi boyunca həm Robert Koçaryan, həm də Serj Sarkisyan, siyasi yol yoldaşları “Daşnaksutyun”la birlikdə Artsaxı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb, yaxud “Artsax heç vaxt Azərbaycanın tərkibində olmayacaq” prinsipilə hərəkət etməyiblər”, – Paşinyan iyunun 15-də parlamentdə çıxışında deyib.
Baş nazir dediklərini Koçaryan və Sarkisyanın danışıqlar apardığı sənədlərdən hissələrlə əsaslandırıb. Məsələn, 1998-ci ildə irəli sürülmüş “vahid dövlət” prinsipinə görə, Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində qalmalı, qarabağlılar xüsusi “Dağlıq Qarabağ” qeydi olan Azərbaycan pasportu gəzdirməlidir.
“Təbii, bu haqda Robert Koçaryan, Serj Sarkisyan və ‘Daşnaksutyun’ da bilirdi. Qəribədir ki, onlar həmsədrlərin bu təklifinə cavab verməyiblər, deməyiblər ki, Artsax heç vaxt Azərbaycanın tərkibində olmayacaq”, – Paşinyan deyib.
Baş nazir deyir ki, Koçaryanın idarəçiliyinin sonunda dövriyyəyə buraxılaraq Serj Sarkisyana ötürülən Madrid prinsiplərində isə Qarabağın Azərbaycanın tərkibindən çıxmasını nəzərdə tutan istənilən praktik imkan istisna edilib. Çünki Yerevan Qarabağın statusunun referendum yoluyla müəyyənləşdirilməsinə razılaşıb.
“Robert Koçaryan– Serj Sarkisyan- ‘Daşnaksutyun’ üçlüyü faktiki olaraq, Dağlıq Qarabağı Azərbaycanın tərkibinə qaytardı. Çünki deyildi ki, 1991-ci ilin 10 dekabrında keçirilmiş referendumda Artsaxın statusu müəyyənləşdirilməyib, yəni, Dağlıq Qarabağ bu referendum nəticəsində müstəqillik, yaxud status almayıb və bu status gələcəkdə keçiriləcək referendumda müəyyən olunacaq”, – Paşinyan bildirib.
“Ayastan” (“Ermənistan”) fraksiyasından deputat, “Daşnaksutyun” partiyasının üzvü Gegam Manukyan isə sual edib ki, Paşinyan 2018-ci ildə hakimiyyətə gələndə bütün bunları bilmirdimi?
“Bütün bunlardan sonra onun lovğalığı, ‘Artsax- Ermənistandır, nöqtə’ deməyi, Şuşada rəqslər... bunlar nə üçün idi?” – Manukyan söyləyib.
Paşinyan isə bildirib ki, bundan sonra Qarabağ münaqişəsinin tənzimlənməsinin əsasında Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqlarının təminatı və bundan irəli gələn status dayanmalıdır. Onun sözlərinə görə, sülh gündəminin uğurlu olacağına heç kəs təminat verə bilməz, bu yol həm daxildən, həm də xaricdən ittihamlar, təhdidlər, itkilərlə müşayiət olunur, “bizimsə bu yolu keçməyə iradə və qətiyyətimiz var”.
“Ancaq mən dəqiq zəmanət verə bilərəm ki, geriyə yol təkcə Dağlıq Qarabağı deyil, Ermənistanı da məhvə aparır, biz isə buna yol verə bilmərik”, – Paşinyan deyib/yenisabah.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar