Xəbər lenti
İndi Ermənistanda nə olacaq?-Yenə Azərbaycanla müharibə?
Müxalifəti siyasi mübarizə mexanizimlərini dəyişdirmək və "Fransa" meydanını boşaltmaq qərarına gəlib. Bu barədə “Müqavimət” Hərəkatının rəhbəri, Ermənistan parlamentinin sədr müavini İşxan Saqatelyan məlumat verib. Onun sözlərinə görə, 40 gündən çoxdur İrəvanın mərkəzindəki “Fransa” meydanında qurulan çadırlar sabah söküləcək.
“Biz çadır şəhərciyi yaratmaq qərarına gəldik ki, hərəkatın öz ünvanı olsun. Burada çadırların olub-olmamasından asılı olmayaraq, bu ərazi bizim hərəkatımıza məxsusdur. Hərəkat sübut etdi ki, bizim üçün bağlı ərazilər, küçələr yoxdur. Burada xidmətdə olan bütün vətəndaşlara minnətdarıq”,- deyə Saqatelyan bildirib. Onun sözlərinə görə, əsas səhv hökumətə və Baş nazir Nikol Paşinyana qarşı çıxanları kifayət qədər bu işə cəlb edə bilməmək olub. Bununla bağlı o, mübarizə strategiyasında dəyişiklik edildiyini açıqlayıb.
Müxalifətdə komitələr və işçi qrupları yaradılacaq ki, onların vəzifəsi hərəkatı genişləndirmək olacaq. Halbuki, müxalifət ötən həftə bəyanat verərək Paşinyan istefaya gedənə qədər aksiyaların davam edəcəyini bildirmişdi.
Ancaq bir neçə gündən sonra etirazların dayandırılması müxalifətin siyasi uğursuzluğu kimi şərh edilir.
Manevr.az-ın xəbərinə görə, politoloq Fikrət Sadıqov cebhe.info-ya açıqlamasında bildirib ki, Ermənistan müxalifətinin xalqın dəstəyini qazana bilməməsi onun meydanda tək qalmasına səbəb olub:

Qeyd edək ki, Ermənistan müxalifətiinin 2021-ci ilin iyun ayıında keeçirilmiş parlament seçkilərindən sonra növbəti siyasi uğursuzluğa yuvarlanmasının əsas səbəblərindən biri kimi Paşinyana qarşı alternativ yeni siyasi liderin meydana çıxa bilməməsi hesabb edilir. Aksiyaların təşkilatçıları əsasən eks-prezidentlər Robert Köçəryanın və Serj Sarkisyanın komandasından ibarət parlament müxalifətidir. Hətta cəmiyyətin Paşinyandan narazı kəsimi belə, korrupsioner "Qarabağ klanı"nın yenidən hakimiyyətə qayıtmasını istəmir. Üstəlik, Köçəryanla Sarkisyan arasında münasibətlər kifayət qədər gərgindir. Bu da müxalifət düşərgəsində parçalanmaya yol açır və bütün qüvvəələri ətrafında birləşdirəcək yeni liderin meydana çıxmasına mane olur.
Fikrət Sadıqov hesab edir ki, müxalifətin lider problemi yaşaması ilk növbədə, onun alternativ proqrama malik olmaması ilə bağlıdır:
"Mitinq keçirən qüvvələr qarşıya məqsəd qoyub meydana çıxmalıdır. O, xalqa konkret vədlər verməlidir. Yoxsa "Paşinyan satqındır", "Qarabağ bizimdir" deyib küçələrə çıxmaqla məsələ həll olunmur. Bu vəziyyət liderin meydana çıxara bilmədi. Çünki hər hansı siyasətçi başa düşür ki, hakimiyyətə gəlmək üçün konkret proqram olmalıdır. Paşinyanın devrilməsi, Azərbaycanla müharibənin aparılması, Qarabağa statusun tələb edilməsi absurd şüarlardır. Heç birr siyasətçi bu məsuliyyəti öz boynuna götürə bilməz. Belə bir şəraitdə yeni liderin önə çıxması real görünmür".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar