Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Bu müşahidə şurasının Şuşada ilk iclası keçirildi

Tarix: 14-06-2022 14:22     Baxış: 3312 A- / A+

İyunun 13-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Konstitusiya Məhkəməsi, Milli Məclis və Nazirlər Kabineti nümayəndələrinin iştirakı ilə Şuşada Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin (HEQT Mərkəzi) Müşahidə Şurasının genişləndirilmiş formatda ilk əyani iclası keçirilib.
Manevr.az xəbər verir ki, iclasda Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 may tarixli Fərmanı ilə yaradılmış Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin qarşısına qoyulmuş əsas vəzifələr və hədəflər, habelə zəruri təşkilati məsələlər müzakirə edilib.
İclasda HEQT Mərkəzinin yaradılmasının Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkədə həyata keçirilən hüquqi islahatların mühüm mərhələsi olması xüsusi vurğulanıb. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov HEQT Mərkəzinin qarşısında duran vəzifələr barədə ölkə rəhbərliyinin tapşırıqlarını və HEQT Mərkəzinin fəaliyyətindən gözləntilərini iclas iştirakçılarının diqqətinə çatdırıb.
Bundan başqa, iclasda HEQT Mərkəzinin inkişaf istiqamətləri, strateji məqsədləri barədə təqdimat nümayiş etdirilib və müvafiq müzakirələr keçirilib. Müzakirələr zamanı HEQT Mərkəzinin strukturu, iş bölgüsü, onun digər dövlət orqanları və qurumları ilə işgüzar əlaqələrinin qurulması barədə fikir mübadiləsi aparılıb. HEQT Mərkəzinin tabeliyində olan Hüquq və İnsan Haqları İnstitutunun publik hüquqi şəxs statusunda gələcək fəaliyyətinin hüquqi çərçivəsi, fəaliyyət istiqamətləri və daxili strukturu ilkin olaraq müzakirə edilib.
İclasda, eyni zamanda, HEQT Mərkəzinin rəhbərliyinə namizəd şəxslərlə müsahibə keçirilib, Mərkəzin ştatının yüksəkixtisaslı mütəxəssislərdən ibarət olması məqsədilə işə qəbul üçün açıq, şəffaf və rəqabətli müsabiqənin keçirilməsi barədə qərar qəbul edilib. Müsabiqənin şərtləri və keçirilmə qaydası barədə hüquq ictimaiyyətinə və mediaya müvafiq qaydada əlavə məlumat veriləcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar