Sizin Reklam Burada
Xəbər lenti
24-12-2024
23-12-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistan ən böyük zərbəni almağa yaxındır - Rusiya Qafqazı tərk edəcək

Tarix: 13-06-2022 19:52     Baxış: 4366 A- / A+
"Rusiya sülhməramlıları tərəfindən artıq dəfələrlə üçtərəfli bəyanatın şərtləri pozulmaqdadır".
Manevr.az xəbər verir ki, bunu hərbi analitik, "M5 müdafiə və strategiya" jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Alp Arslan İmamqulu deyib.
O bildirib ki, Ermənistan Rusiyanın Qafqazda əsas dayaq məntəqəsidir:
"Erməni terrorçuların ərazilərimizdə, xüsusən də, sülhməramlıların cavabdehlik bölgəsində görülməsi isə ilk dəfə deyil. Bütün hallarda bir sıra öhdəliklər pozulduğu üçün Laçın dəhlizinin tam olaraq Azərbaycan sərhədçilərinin nəzarətinə götürülməsi artıq zərurətdir.
Bu gün sülhməramlıların Ukrayna müharibəsi ilə bağlı tam olaraq ərazilərimizdən çıxarılması ilə əlaqədar bir çox müzakirələr gedir. Bu, real gözlənti deyil və olacaqsa Rusiya artıq çökmüşdür deməkdir. Bu, həm də əsas havadarından məhrum qalan Ermənistanın regionda varlığını sual altına qoymuş olardı. Amma gec-tez Rusiya Qafqazı tərk etməyə məcbur qalacaq.
Ermənistanın Rusiya tərəfindən silah-sürsat baxımından maddi-texniki təminatı məlumdur və bunun hər hansı səbəbdən dayandırılması indiki vəziyyətdə real görünmür. Çünki Ermənistan Rusiyanın Qafqazda əsas dayaq məntəqəsidir. Ermənistan isə Rusiya tam çökmədən sülhə yanaşmayacaqdır. Bu, tamamilə ilə Vladimir Putinin siyasətinə ziddir".milli.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar