Sizin Reklam Burada
Xəbər lenti
24-12-2024
23-12-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağla bağlı məsələ artıq bitib, Kazmirov kimilər isə... - Politoloq

Tarix: 13-06-2022 19:44     Baxış: 3278 A- / A+

“Fərz edin ki, Nemət Pənahlı hansısa bir odlu-alovlu bəyanat verir. Kimsə onun bəyanatına diqqət edəcəkmi? Xeyir, o, yoxdur və artıq çıxdaş olub. Hesab edirəm ki, Vladimir Kazmirovun son bəyanatlarına da bu cür yanaşmaq lazımdır. Kazmirov təqaüddə olan sabiq rus diplomatıdır. Onun həyatının, diplomat karyerasının zirvəsi ATƏT-in Minsk qrupunda həmsdər olmaqla bitib. Kazmirov həmsədr olduğu zaman da erməni separatçıları müdafiə edirdi, onları himayə edir, qalib tərəf kimi sırıyırdı. İndi Ermənistan müharibədə məğlub olub, Qarabağda yaşayan ermənilərin çoxu qaçıb. Təxminən 30-35 min mağmın erməni rus ordusunun himayəsinin altında orada qalıb”.
Manevr.az xəbər verir ki, bunu teleqraf.com-a politoloq Zərdüşt Əlizadə sabiq rus diplomatı, ATƏT-in Minsk qrupunun Rusiyadan olan ilk həmsədri Vladimir Kazmirovun son müsahibəni şərh edərkən deyib.
Xatırladaq ki, Kazmirov Qarabağ məsələsindən danışarkən ənənəsinə uyğun olaraq Azərbaycan tərəfini tənqid edib.
Kazmirova diqqət ayırmamağı məsləhət görən Zərdüşt Əlizadə isə xatırladır ki, Azərbaycanın Müzəffər Ordusu var və bu ordu son müharibədə nəyə qadir olduğunu ortaya qoyub:
“Belə bir şəraitdə Kazmirovun naftalin iyi verən açıqlamaları ilə suyu bulandırmaq niyyəti kimə lazımdır? Azərbaycan buna diqqət ayırmalıdırmı? Nemət Pənahlının bəyanatlarının təsiri nədirsə, Kazmirovun bəyanatlarının təsiri də onun qədərdir.
Lap tutaq ki, Kazmirovun özü danışmır, ona Rusiya XİN-dən deyiblər ki, sən də danış. Bundan əvvəl, Beqlaryanın müsahibəsi “RİA Novosti” agentliyində yerləşdirilmişdi. Lavrov da İrəvanda delimitasiya və demarkasiya haqqında danışarkən az qala Qarabağı da ora aid etmişdi. Məncə, bütün bunlar Azərbaycana təzyiqdir ki, Qarabağ məsələsini yenidən dirildərik, sözümüzə baxın. Bəli, zamanında Azərbaycanın rəhbərliyi zəif, Moskvadan asılı idi. Azərbaycan müstəqillik əldə etdikdən sonra Rusiyanın Azərbaycanı aldatmaq, təzyiq etmək üçün kifayət qədər imkanları vardı. Biri Qarabağ separatçıları idi. Digəri o dövrdəki müxalifət idi. Onlar dövlətin işini pozurdu, hökumətə hücum edirdi və s. İndi vəziyyət elə deyil. Mənim qənaətimcə, sonuncu dəfə Rusiyanın Azərbaycana ciddi təzyiqi 2013-cü ildə olub. Mili Şuranı, Milyarderlər İttifaqını yaratmaqla. Bundan sonra vəziyyət xeyli dəyişib. Azərbaycan ordusu peşəkardır, müharibədə qüdrətini göstərib. Üstəlik Azərbaycanın güclü müttəfiqi var. Yəni şərait dəyişib. Rusiyanın imkanı yoxdur ki, real təzyiq etsin, ona görə Kazmirov müqəvvasını çıxarıb danışdırırlar, Beqlaryanı dingildədirlər. Bunlar boş şeydir. Artıq Qarabağ kartı vurulub və Azərbaycan öz siyasətini yürüdür. Yaxşı olardı ki, bu siyasət ancaq Qarabağla bağlı deyil, digər sahələrdə də olsun. Aparılan xarici siyasət səmərəlidir. Xüsusilə, Qarabağ məsələsində Rusiya Azərbaycanın mövqeyinə təsir edə bilməz.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar