Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Putinin “imperiyanı bərpa proyekti”: Planda Azərbaycan da var – Şok iddia

Tarix: 11-06-2022 10:46     Baxış: 4260 A- / A+
Rusiya lideri Vladimir Putin Ukraynadakı son məqsədini təsadüfən ağzından qaçırdı. Kremlin başçısı özünü çar I Pyotrla müqayisə edərək, Rusiyanı imperiya dövləti kimi bərpa etmək, digər postsovet ölkələrini işğal etməklə onu genişləndirmək niyyətində olduğunu təsdiqlədi.
Manevr.az xəbər verir ki, bunu CNN telekanalının analitiki Natan Hodc deyib.
“Putin öz sözünü dedi: onun Ukraynada istədiyi Rusiyanı imperiya dövləti kimi bərpa etməkdir”, - ekspert bildirib.
Hodc bu sözlərini “Putinin imperiya ambisiyalarının etirafı” adlandırıb:
“Rusiya liderinə görə, iki cür dövlət var: suveren və müstəmləkə. Putinin fikrincə, Ukrayna sonuncu kateqoriyada olmalıdır. O, uzun müddətdir ki, ukraynalıların legitim milli kimliyinə malik olmadığını və onların ölkəsinin “Qərbin marionetkası” olduğunu iddia edir”.

Ekspertin sözlərinə görə, Putinin “imperiyanı bərpa layihəsi” nəzəri olaraq vaxtilə Rus İmperiyası və ya Sovet İttifaqına daxil olan digər ərazilərə də şamil oluna bilər:
“Bu, Sovet İttifaqının dağılmasından sonra yaranmış bütün dövlətlərdə təşviş doğurmalıdır”.
Qeyd edək ki, keçmiş SSRİ-yə Azərbaycan, Ermənistan, Gürcüstan, Belarus, Ukrayna, Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğızıstan, Qazaxıstan, Litva, Moldova, Estoniya, Rusiya və Latviya daxil olub./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar