Xəbər lenti
“Əslində ermənilər Qarabağda tələyə salınmış vəziyyətdədirlər” – İLGİNC AÇIQLAMA

Azərbaycanın Laçın istiqamətində alternativ yol çəkməsi Ermənistanda əməlli-başlı təşviş yaradıb. Hazırda sülhməramlıların nəzarətində olan köhnə dəhliz vasitəsi ilə Qarabağa qeyri-qanuni yollarla girə bilən ermənilər, yeni yolun istifadəyə verilməsindən sonra acınacaqlı vəziyyətə düçar olacaqlar. Ermənilər həm də bütün kommunikasiyaların, yəni qaz və işığın Azərbaycanın nəzarətinə keçəcəyindən narahatdırlar.

Politoloqun sözlərinə görə, Prezident İlham Əliyev Laçın dəhlizinə alternativ yol çəkilişini bu razılaşmaya salmaqla, Ermənistandan Qarabağdakı separatçılara gələ biləcək mümkün dəstəyin qarşısını aldı: “Bu, çox uzaqgörən bir yanaşma idi. Həmin alternativ yolun çəkilişi kommunikasiyalara nəzarəti də Azərbaycanın əlinə keçirir. Belə ki, Qarabağdakı ermənilərə Ermənistandan gələn qaz, işıq və digər kommunikasiya vasitələri, həmçinin quru yoluna nəzarət Azərbaycanın ixtiyarında olacaq. Eləcə də lazım gəldikdə həmin ərazilərdə kamera müşahidələrinin aparılması, hərbi və gömrük postlarının yaradılması Qarabağdakı separatçı rejimin fəaliyyətini kifayət qədər dar çərçivəyə salacaq. Separatçılar da yaxşı bilirlər ki, sözügedən yol istifadəyə verildikdən sonra Qarabağda Azərbaycan qanunlarını, vətəndaşlığını və bayrağını qəbul etməyən hər bir erməninin vəziyyəti daha da pisləşəcək. Əslində onlar burada tələyə salınmış vəziyyətdədirlər. Ən qısa müddət ərzində onlar Qarabağ ərazisini tərk etməsələr, bu zaman ələ keçirilib Azərbaycan qanunları qarşısında cavab verməli olacaqlar. Bütün bu məsələlər sülh müqaviləsinin imzalanması prosesini daha da sürətləndirir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar