Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Qarabağda erməniləri ruslar silahlandırır? - Mühüm açıqlama

Tarix: 10-06-2022 20:03     Baxış: 4270 A- / A+
İl yarımdan çoxdur ki, müharibə başa çatıb, lakin hələ də bölgədə qanunsuz erməni silahlıları qalır. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 4-cü maddəsini yerinə yetirməkdən boyun qaçıran Rusiya sülhməramlı kontingenti “Artsax ordusu”nu tərki-silah etmək əvəzinə, separatçıları silah-sursatla təmin etməkdən çəkinmir.

Manevr.az xəbər verir ki, yenisabah.az-a açıqlamasında ehtiyatda olan mayor Ədalət Verdiyev Qarabağ ərazisində təxminən 2 minlik qeyri-nizami qüvvənin qaldığını ehtimal edir:
“Müharibə zamanı həmin ərazidə daha çox silahlı var idi və onların geri çəkilməsindən sonra Ağdam, Laçın və Kəlbəcərdə olan texnika və silah-sursatın məhz Xankəndinə toplandığı ehtimal olunur. Hazırda onların Qarabağ ərazisindən çıxarılmasına dair heç bir siqnal yoxdur.
Təminatda azalmalar ola bilər. Amma sülhməramlıların vasitəsi ilə təchizatın bərpasını kimsə istisna etmir. Çünki həmin silahlıların Qarabağda qalmasına zəmanəti birbaşa Rusiya sülhməramlı kontingenti verir.
Onların gözü qabağında separatçıların təxribat qrupu Hadrut istiqamətində təxribat törətmiş, əsgər və mülki şəxslərə xəsarət yetirmişdi. Bu zaman 62 erməni əsir götürüldü. 
Bu cür məsələlərdə sülhməramlıların daha çox erməni silahlıların tərəfini tutduğuna şübhəmiz yoxdur. Araik Arutyunyanın Kəlbəcərə gəlib-getməsi də birmənalı olaraq sülhməramlıların “ayı xidməti”dir”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar