Xəbər lenti
Rusiya Qarabağa sülhməramlı yox, "SƏRHƏDÇİ" göndərib - Ermənilərin arxayınlıq səbəbi...
Rusiya XİN başçısı Sergey Lavrovun İrəvandakı açıqlamasında yorğunluğu da hiss olunur. Eyni zamanda Rusiyanın indiki vəziyyətini nəzərə alaraq və Rusiya qarşısında duran çağırışlara, reaksiyalara fikir verərək deyə bilərik ki, Cənubi Qafqazdakı proseslər Moskva üçün indi ikinci dərəcəli məsələdir. Çox güman ki, heç Lavrovun xəbəri də yox idi ki, Fərrux kəndi harada yerləşir və hansı əraziyə aiddir".
Manevr.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.
O bildirib ki, Qarabağdakı erməni separatçıları Rusiya sülhməramlılarını defakto özləri üçün "sərhədçilər" hesab edirlər:
"Rusiya XİN-in açıqlaması Sergey Lavrovun sözlərinə müəyyən düzəlişlər edildiyini gördük. Bu korrektələr ondan ibarətdir ki, Rusiya xarici işlər nazirliyinin bəyanatında artıq hər şey öz yerini alıb. Yəni Fərruxu Azərbaycan-Ermənistan sərhəddindən ayırıblar.
Lakin ümumi vəziyyət ondan xəbər verir ki, bəli, Rusiya tərəfi təəssüflər olsun ki, bu Fərruxla bağlı olan olaylara insident kimi baxır. Bu, heç bir insident deyil. Azərbaycan sadəcə olaraq öz ərazilərində lazımlı işlər görür, öz ərazilərində möhkəmlənir və Azərbaycanın rtəsmi mövqeyi ondan ibarətdir ki, bu proses Qarabağda mövqelərin dəqiqləşdirilməsi ilə bağlı olan prosesdir. Yəni Fərruxun Azərbaycan hərbiçilərinin nəzarətə götürülməsi elə məhz bu proseslə bağlıdır - ərazinin səlahiyyət zonalarının müəyyənləşdirilməsi ilə bağlıdır.
Orada heç bir insident baş verməyib. İnsident deyəndə biz hər zaman toqquşma və yaxu da ki, hərbi təxribatlarla bağlı olan olayları göz önünə gətiririk, amma burada heç bir təxribat baş verməyib, heç bir toqquşmadan söhbət gedə bilməz. Sadəcə olaraq Azərbaycan tərəfi öz mövqelərini bir daha müəyyənləşdirərək Fərrux kəndinə nəzarət etməyə başlayıblar. Ümumi vəziyyətə nəzər salsaq, təəssüflər olsun, görə bilərik ki, Ermənistan tərəfi və ələxsus da bu separatçılar, - Qarabağın hələ də bəzi yerlərində öz mövcudluqlarını qoruyub saxlayırlar, - Rusiya sülhməramlılarından istifadə edirlər, onların arxasında gizlənirlər və Rusiya sülhməramlılarını qabağa verərək, defakto onları özləri üçün "sərhədçilər" kimi təsəvvür edirlər. Güya ki, onların "sərhədlərini" Rusiya hərbiçiləri qoruyur. Bu, belə deyil.
Əslində Rusiya onlara deməlidir və bildirməlidir ki, onlar sülhməramlılardır, heç də sərhədçilər deyil. Müvəqqəti şəkildə regionda fəaliyyət göstərirlər və geci-tezi regiondan çıxmalıdır. Azərbaycan tərəfi öz bəyanatları, açıqlamaları, hərəkətləri ilə onu göstərir ki, rus sülhməramlıları burada müvəqqəti yerləşdirilib və erməni tərəfi heç də fikirləşməsin ki, bu, daimi xarakter daşıyan bir yerləşmədir və əvvəl-axır bu şərti xəttlər müəyyən vaxt keçdikdən sonra ümumiyyətlə mövcud olmayacaq və bütün bu ərazilər tam olaraq Azərbaycanın nəzarətinə keçəcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar