Sizin Reklam Burada
Xəbər lenti
24-12-2024
23-12-2024
BÜTÜN XƏBƏRLƏR

Müstəqil Azərbaycanın ilk xarici işlər naziri: “Sülh müqaviləsinə onlar mane olurlar”

Tarix: 09-06-2022 12:16     Baxış: 4302 A- / A+



“İndi hər kəsin arzusu Azərbaycanla Ermənistan arasında böyük sülh müqaviləsinin tezliklə imzalanmasıdır. Əgər bu baş versə, bölgəyə  sülh gələcək. Eyni zamanda, bütün region dövlətləri bu sülhdən xeyir götürər. Bu ilin sonuna kimi sülh müqaviləsinin imzalanmasını arzulayıram. Hər halda biz buna hazırıq. Söhbət həm dövlətimizin, həm də xalqımızın Ermənistanla sülhə hazır olmasından gedir”. 
Manevr.az bildirir ki, bunu publika.az-a açıqlamasında müstəqil Azərbaycanın ilk xarici işlər naziri Hüseynağa Sadıqov deyib. 
Sabiq xarici işlər naziri bildirib ki, dövlətimiz və xalqımız bundan ötrü hər şeyi etməyə hazırdır:
“Təəssüflər olsun ki, sülh müqaviləsinin imzlanması təkcə bizim istəyimizdən asılı deyil. Bu sənədin imzalanmasını istəməyən başqa qüvvələr də var. Həmin qüvvələr İrəvanla Bakı arasında sülhün bərqərar olmasını istəmir. Yenə deyirəm, tez bir zamanda bölgəyə sülh gəlməsini arzulayırıq. Sülh nə qədər tez sülh əldə olunsa, bütün xalqlar ondan xeyir götürər. Bu sülh müqaviləsindən hamıya yalnız və yalnız xeyir gələcək. Bu sülhün heç kimə zərəri olmayacaq. O cümlədən, Ermənistan üçün də sülh müqaviləsi vacibdir və bu, onlar üçün də xeyir gətirəcək bir addımdır. Eyni zamanda, arzu edirəm ki, tezliklə Zəngəzur dəhlizi də açılsın. İnanıram ki, bu dəhlizin açılması reallaşacaq”.


Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar