Xəbər lenti
Paşinyan seçim qarşısında: "Hayes, turkes?”
Ermənistanın Baş naziri Nikol Paşinyan daha bir açıqlaması ilə ölkəsində qalmaqala səbəb olub.
Erməni Teleqram kanallarında yayılan görüntülərdə Paşinyan özünü türk hesab etdiyini bildirib.
Müxalif jurnalist ona "özünüzü türk hesab edirsinizmi?" sualını ünvanlayıb. Paşinyan isə suala "bəli, bəli", - deyə cavab verib.
Qeyd edib ki, Paşinyanın bu sözü Ermənistanda çox geniş şəkildə müzakirələrə səbəb olub. Hətta Baş nazirin bu cavabı gündəmi alt-üst edib. Hazırda mövzu ilə bağlı erməni cəmiyyətini ən çox düşündürən sual budur:
Nikol Paşinyan bu cavabı hansı məqsədlə deyib?
Manevr.az-ın xəbərinə görə, bununla bağlı cebhe.info-ya açıqlama verən politoloq Natiq Miri bildirib ki, əslində müxalif jurnalistin verdiyi bu sualın cavabı başqa cür ola da bilməzdi:
“Çünki bu cür cavab dolayısıyla müxalifətin alçaldılmasıdır. Bildiyiniz kimi, Ermənistanda bir türkün hakimiyyətə gəlmək imkanı sıfıra bərabərdir. Belə ittihamların ortalığa atılması isə bilavasitə müxalifət düşərgəsinin tükəndiyini göstərir.
Yəni “Qarabağın tamamilə satıldığı, Azərbaycana qaytarıldığı” və “Zəngəzurun satıldığı” kimi ittihamlar artıq işə yaramır. Ona görə də müxalifətin bu cür türk amilindən istifadə etməklə ictimai rəyə təsir göstərməyə çalışdığı görünür.
Mənə elə gəlir ki, Paşinyanın da müxalifətə cavabı bu yöndə olub. Yəni onlar hansı dildə danışırlarsa, Paşinyan da o dildə cavab verib. Düzdür, bu, erməni ictimaiyyətində birmənalı qəbul olunmaya və bəlkə başqa tutarlı cavablar da verilə bilərdi.
Görünür, Ermənistanın Baş naziri spontan olaraq xüsusi cavab tapa bilmədiyi üçün bu yolla müxalifətin nə qədər səviyyəsiz olduğunu nümayiş etdirmək istəyib”.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar