Sizin Reklam Burada
Xəbər lenti
24-12-2024
23-12-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan Xankəndidə yaşayan Arutyunyanı niyə tutmur?

Tarix: 08-06-2022 17:10     Baxış: 4316 A- / A+

Azərbaycan Xankəndidə yaşayan Arutyunyanı niyə tutmur?

2020-ci ildə 44 günlük Vətən müharibəsinin gedişatında Azərbaycan Qarabağ separatçılarının başçısı Arayik Arutyunyanı beynəlxalq axtarışa vermişdi.
Bundan əvvəl isə, 2020-ci il oktyabrın əvvəllərində Azərbaycan Arutyunyan barəsində cinayət işi açmışdı.
2022-ci ilin fevralında Azərbaycan Baş Prokurorluğu Arutyunyanın qısa müddətdə istintaqa təhvil veriləcəyini bildirsə də, bu, reallaşmamış qalır.
Arayik Arutyunyan hazırda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində - Xankəndidə - yaşayır və separatçılıq fəaliyyətini davam etdirir.
Manevr.az xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Oxu.Az-a açıqlamasında Arutyunyanın tutulmamasının səbəbləri barədə danışıb.
Millət vəkili hesab edir ki, Azərbaycan Rusiya sülhməramlılarının nəzarət zonasında olan ərazilərdə tamhüquqlu suverenliyini bərpa etdikdən sonra hədəflərinə tam çatacaq.
“Bu, reallıqdır ki, Xankəndidə, Xocalıda məhdud sayda erməni millətinə mənsub olanlar yaşayırlar. Onların bir hissəsi 2020-ci ilin sentyabrın 27-nə qədər xam xəyallara qapılmış, həmin dövrə qədər özləri üçün “idarəetmə üsulu” yaratmışdılar”, - deyə Zahid Oruc münaqişə dövrünə ekskurs edib.
Deputat bildirib ki, separatçılar 30 ildə dünyada tanına bilmədilər, Ermənistan özü də həmin tanınmadan imtina etdi.
“İndi Azərbaycan Ermənistanı məğlub edib, Cənubi Qafqazda yeni reallıq yaradıb. Belə olan şəraitdə, yəni onlar məğlubiyyət dövründə özlərini beynəlxalq aləmə siyasi subyekt kimi necə tanıda biləcəklər?!
Azərbaycan Arayik Arutyunyanı axtarışa versə də, biz bir məsələdə - onlara üsyan qaldırmış, Azərbaycanın konstitusion quruluşuna və suverenliyinə zidd hərəkətlərə yol vermiş insanlar kimi baxanda bəsit yanaşmış oluruq”, - deyə deputat əlavə edib.
İnsan hüquqları komitəsinin sədri Türkiyə təcrübəsi ilə müqayisə aparıb.
“Türkiyədə PKK problemi qalır, Ankara milyardlarla vəsait yönəldir ki, PKK terrorçularını cəzalandırsın. Amma PKK-çı kürdlər belə, Türkiyə dövlətinin onlara verdiyi vətəndaşlıq hüququndan bəhrələnirlər, hətta onlar parlamentdə də özlərinə yer qazana biliblər.
Biz həmin insanların Türkiyə cəmiyyətinə inteqrasiyasını görürük. Bununla bərabər, separatizm müstəvisində problemlər qalır. Bu paraleldən istifadə edərək demək istəyirəm ki, Azərbaycanın qələbəsinə kölgə salmaq istəyənlərin mövqeyini, hiddətini, yanaşmasını qəbul etmirəm”.
Zahid Orucun fikrincə, Arayik Arutyunyanın həbsi zaman məsələsidir.
“Azərbaycan, onsuz da, əvvəl-axır öz ərazilərinin hər qarışında suveren hüquqlarını bərpa edəcək. Bu, Qarabağda yaşayan ermənilərin də xeyrinədir. Onlar başa düşürlər ki, Azərbaycanın orta statistik qəsəbəsindəki əhali sayından azdırlar. Onların heç bir ərazi ilə xüsusi bağlantıları mövcud deyil. Ona görə də Arutyunyan və onun kimilərinə Ermənistan hakimiyyəti belə, ciddi yanaşmır.
Rəsmi İrəvan özü də Arayikə hansısa qurumun rəhbəri kimi baxmır, bu ifadəni dilinə gətirmir. Bu gün heç Nikol Paşinyanın dilindən də “Dağlıq Qarabağ Respublikası” sözü çıxmır”, - deyə Zahid Oruc söyləyib.
Parlamentarinin sözlərinə görə, Azərbaycan postmünaqişə dövründə yerdə qalan məsələlərin həllini xoşməramlı diplomatik-siyasi, xüsusilə də iqtisadi vasitələrlə axtarır.
“Qarabağdakı separatçıların “başbilənləri” deyirlər ki, Azərbaycan Qarabağın coğrafi mühitini ciddi şəkildə dəyişdirir. Bununla da həmin separatçılar infrastrukturun mühasirəsinə düşdüklərini elan edirlər.
Bu tezislər, bu epitetlər Azərbaycan mediasında qabardılmalıdır. Azərbaycanın postmünaqişə dövründə atdığı hər addımı ermənilər və Ermənistan 44 günlük müharibənin davamı kimi qəbul edirlər.
Azərbaycan Xankəndidə də, Xocalıda da mütləq nəzarəti bərpa edəcək. Bu baxımdan Azərbaycanın axtarışa verdiyi şəxsləri dərhal hərbi əməliyyatla tutub ədalət qarşısına çıxarmaq indiki şəraitdə məsələnin həlli olmayacaq”, - Zahid Oruc fikrini belə yekunlaşdırıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar