Xəbər lenti
“Ruslar öz vətənləri uğrunda döyüşür“ - “Putin sağ-salamat və gümrahdır“
O, 100 gündən çoxdur ki, davam edən Rusiya-Ukrayna müharibəsində bütün siyasi və iqtisadi təzyiqlərə baxmayaraq, Rusiyanın adıdmbaaddım irəliləməsinin səbəblərini şərh edib.
Müxlaifətçi tarixdən də sitat gətirib:
“Dünəni bilməyənin sabahı olmur. Adolf Hitler SSRİ-yə qarşı hücum edəndə ona 28 ölkə dəstək vermişdi. Nəticə nə oldu?! Hitler məğlub oldu. Burada məsələ sayda deyil, bacarıq, keyfiyyət və ruh yüksəkliyindədir.
Ruslar öz vətənləri üçün döyüşürlər, amma ukraynalıların kimlər üçün döyüşdüyü məlum deyil. Çünki ukraynalılara bu müharibə lazım deyil. Bu, Ukraynada hakimiyyətdə olan bir ovuc faşistlərə lazımdır ki, ABŞ onları salıb ortaya və faşistlərin əli ilə rusları qırmaq istəyir. Buna görə də, onlar qalib gəlməyəcəklər. Nə qədər silah göndərirlərsə-göndərsinlər, əsas odur o silahdan istifadə etməyi bacarmaq lazımdır”.
Putinin ölməsi barəsində ortaya atılan şayiələrə isə ASDP sədri belə cavab verib:
“Bilirsiniz, Rusiyada Boris Yeltsinin dövründə müxalifət oturub danışırdı. Onlar demişdilər ki, Yeltsin ölür. O zaman Yevreyskiy demişdi ki, siz gözləyin. O ki qaldı Putinə, nə qədər istəyirlər, desinlər. Putin sağ-salamatdır, gümrahdır və öz fəaliyyətini davam etdirir.
Bunu qəbul etməliyik ki, Rusiya bu müharibədə qalib gələcək və qoyduğu şərtləri yerinə yetirəcək. Onlar Ukraynanı nasistlərdən təmizləyəcək, Ukrayna hakimiyyəti onlardan azad olacaq və demilitarizasiya keçiriləcək”.
“Ərazilərin sonrakı taleyinə gəldikdə, ola bilsin ki, Odessa və Mikolaivə qədər olan əraziləri tutsunlar. Amma Rusiya qarşısına belə bir məqsəd qoymayıb ki, Ukraynanı dənizlərdən məhrum etsin. Ukraynada hakimiyyət dəyişəndə sonra hansı ərazilər Rusiyanın nəzarətində qalacaq, hansıları Ukrayna idarə edəcək – bunlar sonra bilinəcək”, - deyə A. Əlizadə fikrini yekunlaşdırıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar