Sizin Reklam Burada
Xəbər lenti
24-12-2024
23-12-2024
BÜTÜN XƏBƏRLƏR

Müharibə nə vaxt və necə bitə bilər? - ““7 rayon” hekayəsi təkrarlana bilər”

Tarix: 05-06-2022 19:21     Baxış: 4290 A- / A+
Manevr.az xəbər verir ki, bunu REAL-çı Natiq Cəfərli deyib.
Onun fikirincə, əgər masaya qədər Rusiya istədiyinə nail olsa, o zaman bizim də başımıza gələn “7 rayon” hekayəsi təkrarlana bilər – atəşkəs elanı, illərlə davam edən mənasız danışıqlar, Kremlin, “Krımı, “DLR/LNR”-i tanıyın, Xersondan, Zaparojyedən çıxaq”, nağılları başlayacaq, Moskva 90-larda Ermənistanın əli ilə bizə qarşı necə plan qurmuşdusa, eyni şeyi Ukraynanada da etməyə çalışacaq:
"Ona görə də, Ukrayna bu gün haqlı olaraq danışıqlardan imtina edir, masa qurulana qədər rəsmi Kiyev məhz Xerson və Zaparojye vilayətlərinin böyük hissəsini, ya da tamamını işğaldan azad etməyə çalışacaq. Doğru olan da budur, masa zəif oturmaq münaqişəni uzun müddət “donduracaq”, Ukraynada heç vaxt sabitlik olmayacaq.
Bütün bunları nəzərə alaraq bizim sosial şəbəkələrdə və mediada da zaman-zaman “ABŞ sülh istəmir, Qərb Ukraynanı danışıqlar aparmağa qoymur”, kimi “solovyov-skabeyavavari” tezislər səsləndirilir. İnsanlar anlamır ki, bu gün Zelenski danışıqlara razı olsa həmən vəzifəsini itirə bilər, ümumiyyətlə, Ukraynada indiki Kreml şərtləri ilə masaya otura biləcək siyasətçi yoxdur, eləsini xalq, cəmiyyət qəbul etməz-edə bilməz. Ona görə də, danışıqları indiki şərtlərlə məhz Ukrayna istəmir, “Qərbin diktəsi ilə Kiyev danışığa getmir”, tezisi mənasızdır".
"Amma bütün müharibələr enində-sonunda məhz sülh danışıqları ilə nəticələnir, məhz masada bitir. Əgər yaxın aylarda, payıza qədər Ukrayna Xerson və Zaparojye vilayətlərinin böyük bir hissəsini işğaldan azad edə bilsə, bu həm Rusiyanı ayıldacaq, həm də danışıqlarda üstünlük saxlayacaq.
Məncə, iki ölkənin hərbi prioriteti fərqlənir – Rusiya “DLR/LNR”-in sərhəddinə çıxmağı əsas hədəf sayır, Ukrayna isə məhz cənubu təmizləməyi əsas vəzifə hesab edir. Ona görə də, Ukraynaya daxil olacaq ağır silahları, yeni silahları biz Donbasdan daha çox məhz Xerson/Zaparojyedə görə bilərik və bu silahlar Ukraynanın masaya güclü oturması üçün həlledici ola bilər...", - deyə Natiq Cəfərli şərhini tamamlayıb./yenisabah.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar