Xəbər lenti
“Elmira başa düşməlidir ki, bu yerə layiq deyil“ - Partiya sədri
Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın ötən gün Bakıda Xalq artisti Brilliant Dadaşovanın konsertində iştirak etməsi birmənalı qarşılanmadı. Sosial şəbəkə iştirakçıları xanım səfiri öz vəzifəsinin icrasına laqeyd yanaşmaqda, Ukraynada yaşayan azərbaycanlıların problemlərinə biganə qalmaqda ittiham etdilər.
Manevr.az-ın xəbərinə görə, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev yenisabah.az-a açıqlamasında deyib ki, Elmira kimi səfirlər Azərbaycan dövlətinə baş qaxıncıdır:
“Mədəniyyəti, qabiliyyəti olan insan bunu eləməzdi. Üç mindən artıq şəhidimiz var. O konsertə getməməli idi. Dövlətçiliyi sevən insan bu cür olmalıdı. Daha sonra fikirləşməli idi ki, səfirdir. Səfirliyi qoyub, Ukraynadan qaçıb. Azərbaycan vətəndaşları orada yiyəsiz qalıb. Hələ onun fərmanı verilməyib. Başa düşməli idi ki, bu yerə layiq deyil. Bu məsələnin xalq arasında narahatlıq yaratması əsaslıdır”.
Partiya sədrinin sözlərinə görə, səfir təcili istefa verməlidir:
“Düşünürəm ki, Elmira bu gün özü gedib, ərizəsini yazmalı, təcili istefa verməlidir. Xarici İşlər Nazirliyi onun bu günə qədər etdiklərini yoxlamalıdır. O, çox nöqsanlara yol verib. Buna görə, cinayət işi qaldırılmalıdır. Dövlətə qarşı bu qədər saymamazlıq olmaz. Əgər bunu etmirlərsə, görünür haradasa, Elmiranın yanında gözükölgəliyi var”.
H.Hacıyev qeyd edib ki, o Rusiyanın bir nömrəli adamıdır:
“Qorxusundan orada qala bilmir. Rusiya kəşfiyyatına Ukraynadakı məlumatları çatdırırmış. Ukrayna dövləti bunu bildiyinə görə, oradan qaçıb, gəlib. Dünyanın axırı deyil. Elmira kimdir?! O qədər ləyaqətli insanlar var. Gedib, xalqımıza orada sahib çıxsın.
Elmira o yerə layiq deyil, baş qaxıncıdır. Elmira kimi diplomantlar olmamalıdır. Bu dövlətimizə kölgə salan məsələlərdir. Ümumiyyətlə bütün səfirlər yoxlanılmalıdır. Nöqsanlarına görə, cinayət işi açılmalıdır”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar