Xəbər lenti
“Rusiya hədəfinə çox yaxındır, müharibə bununla da yekunlaşacaq"
“Rusiya hədəfinə çox yaxındır, son xəbərlər də buna işarə edir”.
Manevr.az xəbər verir ki, bunu sfera.az-a açıqlamasında politoloq Natiq Məmmədli deyib. Ekspert Rusiyanın artıq mühüm əhəmiyyət daşıyan şəhərləri ələ keçirdiyini bildirib:
“Belə görünür ki, Rusiya növbəti məqsədinə çatmağa çox yaxındır. Çünki ölkədən gələn ardıcıl bəyanatlar Rusiya qoşunlarının çox sürətlə irəlilədiyini və hədəflərinə addım-addım yaxınlaşdığını göstərir.
Belə iddia olunur ki, Rusiya Luqanskın 90 faizindən çoxuna nəzarət edir və qarşıdakı 2 həftə ərzində bütün bölgəni öz nəzarəti altına alacaq. Bölgədəki təşəbbüs Rusiya əsgərlərinin əlindədir. Luqansk vilayətinin qubernatoru da Ukrayna qüvvələrinin şəhərdə ağır itki verdikdən sonra geri çəkildiyini, şəhərin təxminən 80 faizinin Rusiya qüvvələrinin nəzarətində olduğunu bildirib. Ukrayna Prezidenti Zelenski də bəyan edib ki, Rusiya ordusu hazırda Ukrayna ərazisinin 20 faizinə nəzarət edir”
Politoloq Rusiyanın Luqanskı bütünlüklə ələ keçirməsinin yaxın olduğunu sözlərinə əlavə edib:
“Əgər Rusiya Severodonetsk və Lisiçanski ələ keçirsə, o zaman bütün Luqansk vilayətinə nəzarət etmiş olacaq. Ukraynaya hərbi dəstək göstərilsə də bu, müvəqqəti müdafiəni təmin etmiş olacaq. Hər iki tərəfin itkiləri böyükdür, danışıqlara getmək mütləqdir və liderlər bunu əla anlayır. Vasitəçi tərəfin iştirakı ilə ölkə başçıları səviyyəsində danışıqlar həyata keçirilməlidir. Bu danışıqlar Türkiyə, yaxud rəsmi Bakının təşəbbüsü ilə də baş tuta bilər, digər neytral mövqe tutan ölkənin təşəbbüsü ilə də ola bilər.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar