Sizin Reklam Burada
Xəbər lenti
24-12-2024
23-12-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya fikrini dəyişdi: Ermənistan tələsdirilir - Zəngəzur mövzusu aktuallaşır

Tarix: 03-06-2022 14:56     Baxış: 4352 A- / A+
"Üçtərəfli İşçi Qrupu adətən daha qısa müddət ərzində yığışırdı, yolların açılması, deblokadası, iqtisadi əlaqələrin bərpası ilə bağlı olan komissiya daha tez-tez görüşürdü və burada müəyyən dinamika var idi".
Manevr.az xəbər verir ki, bunu milli.az-a açıqlamasında "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.

O bildirib ki, Rusiya yeni nəqliyyat dəhlizlərinin yaranmasında maraqlıdır, Zəngəzur dəhlizi bunun ən başında gəlir:
"Son aylar ərzində Üçtərəfli İşçi Qrupu arasında belə görüş baş vermirdi. Düşünürəm ki, bu, təkcə Brüsselin fəallaşması ilə bağlı bir şey deyil. Fikrimcə, bu komissiyanın dekabrdan bu tərəfə birinci dəfə görüşün keçirilməsi daha çox Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarından sonra Qərbin Rusiyaya ciddi sanksiyalar tətbiq etməyə başlamasından irəli gəlir ki, bu da Rusiyanın nəinki xarici, hətta daxili gündəminə mənfi təsir göstərir. 
Belə halda Rusiya Üçtərəfli İşçi Qrupunun işinə diqqətini azaldıb. İndi rəsmi Moskva daha çox daxili işlər və müharibədən qaynaqlanan məsələlərin həllinə diqqət ayırıb. Lakin indi bütün hallarda gündəm var, Rusiya bu gündəmdən də kənar qalmaq istəmir. Bəli, Brüssel görüşündə müəyyən dinamika əldə olunub və belə halda Rusiya tərəfi də arxada qalmaq istəmir və eyni zamanda öz təkliflərini, maraqlarını da regionda reallaşdırmaq istəyir. Ona görə, bu komissiyanın işi bərpa olunub.
Digər tərəfdən buna obyektiv səbəblər də var. Səbəb də ondan ibarətdir ki, təəssüflər olsun ki, baxmayaraq ki, müharibənin bitməsindən artıq 1 il yarımdan çox vaxt keçib, amma Ermənistan tərəfi öz ərazisində kommunikasiyaların bərpası və yaxud da ki, yeni nəqliyyat dəhlizlərinin tikilməsi ilə bağlı heç bir iş görmür. Hərçənd ki, Azərbaycan tərəfi öz ərazisində bu işləri sürətlə görür və Azərbaycan hissəsindəki bu zəngəzur dəhlizinin reallaşması təxminən 2024-cü ilə qədər müəyyənləşdirilib. 
Azərbaycandan fərqli olaraq Ermənistan tərəfindən heç bir iş icra edilməyib. Əlbəttə ki, belə halda komissiya konkret məsələlərlə məşğul olmalıdır və bu, Ermənistan tərəfindən aparılmalı olan işləri sürətləndirməlidir.
 
Rusiyanın marağı nədən ibarətdir?
Son aylar ərzində Rusiyanın Qərblə bütün kommunikasiyaları demək olar ki, kəsilib. Qərbə aparan yollar, nəqliyyat dəhlizləri işləmir və Rusiya yeni nəqliyyat dəhlizlərinin yaranmasında maraqlıdır. 
Zəngəzur dəhlizi əlbəttə ki, Rusiya üçün də çox maraqlı ola bilər. Çünki bu dəhliz vasitəsilə yüklər, mallar Türkiyəyə, oradan da Yaxın Şərdəki ölkələrə nəql oluna bilər. Amma Ermənistanın bax bu cür destruktiv siyasəti və nəqliyyat infrastrukturunun qurulmaması Rusiyanı da narahat etməyə bilməz. Ona görə də onlar da düşünürlər ki, komissiyanın işini məhsuldar etməklə bu dəhlizin Ermənistan hissəsinin reallaşmasına təkan verəcəklər və son nəticə etibarilə işlər hər halda ölüm nöqtəsindən tərpənəcək".
Qeyd edək ki, Bu gün Moskvada Üçtərəfli İşçi Qrupun iclası olacaq. Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə yaradılan işçi qrupu sonuncu dəfə 2021-ci ilin dekabrında görüşüb. 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar