Xəbər lenti
İrəvandan “status” açıqlaması: Qriqoryan Qarabağ planını etiraf etdi
Manevr.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
Onun sözlərinə görə, İrəvanın seçdiyi bu yol nəticələr əldə etməyə kömək edəcək.
“Biz əminik ki, statusu müəyyən edən hüquq və təhlükəsizlikdir. Biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”, - Qriqoryan bildirib.
Rəsmi İrəvan “status” tələbinin aşağı salınmasına dair beynəlxalq tələbdən sonra indi də “hüquq və təhlükəsizlik” məsələsini önə sürüb. Bu, prinsip etibarilə Bakının əvvəldən sərgilədiyi mövqe ilə üst-üstə düşür. Azərbaycan Qarabağdakı erməniləri öz vətəndaşı hesab edir və bütün vətəndaşları kimi onların da hüquq və təhlükəsizliyinə zəmanət verir. Sonuncu Brüssel görüşündə “Qarabağdakı etnik ermənilər”dən bəhs olunması da artıq bu istiqamətdə kulis razılaşmalarından xəbər verir.
Qriqoryanın bu açıqlaması da mövcud vəziyyətdə daxili rəyə hesablanıb: Ermənistan hakimiyyəti “Qarabağ” tələbi ilə etiraz edən müxalifətə, ümumilikdə daxili auditoriyaya “narahat olmağa əsas yoxdur” mesajını verir.
Hərçənd, İrəvan “status”un arxa plana keçməsi reallığı ilə barışsa da, bunu yenidən aktuallaşdırmaq istiqamətində də cəhdləri də bəllidir. Qriqoryanın daxili rəyə hesablanmış açıqlamasına həm də məqsədlərinin etirafı kimi də baxa bilərik./publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar