Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Türkiyə və Pakistan əməkdaşlığı genişləndirmək niyyətindədir"

Tarix: 02-06-2022 10:02     Baxış: 4287 A- / A+


 

Türkiyə və Pakistan həm ikitərəfli, həm də beynəlxalq platformalarda əməkdaşlığı genişləndirməkdə qərarlıdır.
Manevr.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Pakistanın baş naziri Şahbaz Şəriflə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, danışıqlar zamanı Türkiyə və Pakistan liderləri ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi məsələlərinin bütün spektrini müzakirə ediblər.
Dövlət başçısı əlavə edib ki, tərəflər regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
Türkiyə lideri qeyd edib ki, Ankara və İslamabad strateji nöqteyi-nəzərdən ikitərəfli münasibətləri iki ölkənin tarixinə, dostluğuna və potensialına uyğun olaraq daha da gücləndirməyə hazırdır. R.T.Ərdoğan Türkiyə ilə Pakistan arasında müdafiə sənayesi sahəsində uğurlu əməkdaşlığa diqqət çəkib.
"Biz son vaxtlar həyata keçirilmiş konkret əməkdaşlıq layihələrindən məmnunuq. MİLGEM layihəsi çərçivəsində korvetlərin birgə istehsalı bu baxımdan mühüm nümunədir", - Türkiyə prezidenti bildirib.
Dövlət başçısı Türkiyə ilə Pakistan arasında ikitərəfli ticarətin həcminin 1 milyard dollara çatdığını və tərəflərin bunu 5 milyard dollara çatdırmaq niyyətində olduğunu bildirib.
Əfqanıstandakı vəziyyətə toxunan Türkiyə lideri bu ölkədə davamlı sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıb.
"Biz (Pakistanla - red.) Əfqanıstan xalqına humanitar böhranın təsirlərini yumşaltmaqda kömək etmək üçün birlikdə işləyirik. Türkiyə Əfqanıstana 4000 tondan çox humanitar yardım daşıyan 4 qatarı göndərib, indi biz beşinci qatarı göndərməyə hazırlaşırıq", - R.T.Ərdoğan əlavə edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar