Sizin Reklam Burada
Xəbər lenti
25-08-2025
24-08-2025
BÜTÜN XƏBƏRLƏR

Paşinyan Brüssel görüşü haqda şərhlərdən Putinə şikayət etdi

Tarix: 01-06-2022 19:06     Baxış: 3351 A- / A+

Çərşənbə günü Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin telefon danışığı zamanı Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər, Ermənistan hökumətinin mətbuat xidməti bildirib.

"Rusiya prezidenti demarkasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın ilk görüşünü alqışlayıb və Rusiyanın sərhədlərin demarkasiyası prosesini dəstəkləməyə hazır olduğunu təsdiqləyib. Qeyd olunub ki, əldə edilmiş razılaşmaya əsasən komissiyanın növbəti iclası Moskvada olacaq", -  məlumatda deyilir.
Nikol Paşinyan və Vladimir Putin regional kommunikasiyaların açılması mövzusuna da toxunublar, üçtərəfli işçi qrupunun fəaliyyətinin canlandırılmasına dair razılıq əldə olunub.
Öz növbəsində Ermənistanın baş naziri mayın 22-də Brüsseldə Azərbaycan prezidenti və Avropa İttifaqı Şurasının rəhbərilə son görüşündən danışıb. "O, görüşdən sonra səsləndirilən və müzakirələrin mahiyyətinə aidiyyatı olmayan şərhlərdən narahatlığını ifadə edib", - məlumatda bildirilir, lakin söhbətin hansı şərhlərdən getdiyi dəqiqləşdirilmir.
Xatırladaq ki, prezident İlham Əliyevin “Brüssel görüşü göstərdi ki, beynəlxalq birlik Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir, Ermənistan bunu etiraf etməli və Dağlıq Qarabağ münaqişəsinin həll olunduğunu qəbul etməlidir” deməsi Ermənistanın narazılığına səbəb olub./Turan.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar