Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Prezidentdən mühüm Zəngəzur dəhlizi AÇIQLAMASI

Tarix: 01-06-2022 18:14     Baxış: 4354 A- / A+

Prezidentdən mühüm Zəngəzur dəhlizi AÇIQLAMASI


“Zəngəzur dəhlizinin fəaliyyətinə start vermək istəyirik. Bu dəhliz yalnız yüklər üçün deyil, elektrik enerjisi üçün mühüm ixrac marşrutu ola bilər. Biz işlərə başlamışıq və bu istiqamətdə investisiya ilə bağlı artıq praktiki addımlar atırıq”.
Manevr.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimindəki çıxışında bildirib.
Hər bir məsələdə şaxələndirmənin vacib olduğunu qeyd edən dövlət başçısı deyib: “Bu səbəbdən vaxtilə Azərbaycanın etibarlı tranzit ölkəsi kimi potensialını düzgün qiymətləndirməyənlər fikirlərini dəyişəcəklər. Biz artıq müəyyən eyhamlar görürük və biz buna hazırıq. Biz köməyə ehtiyacı olan hər kəsə yardım etməyə hazırıq. Bunun üçün bizdə siyasi iradə var. Hər zaman bizim siyasətimiz körpülər qurmaqdan və əməkdaşlığı gücləndirməkdən ibarət olub”.
Prezident qeyd edib ki, bundan əlavə, Azərbaycan zəruri infrastruktura - yeni dəniz limanına, bütün istiqamətlərlə dəmir yolu xətlərinə, avtomobil yollarına və hava limanlarına malikdir. “Azad olunmuş ərazilərdə üç yeni hava limanımız olacaq. Onlardan biri artıq istifadə verilib. Beləliklə, Azərbaycan 9 beynəlxalq hava limanına sahib olacaq. Nəhayət, ölkəmizin coğrafi yerləşməsi, yəni, neft və qaz sahəsində əməkdaşlıqla bağlı planlar qurarkən Azərbaycanın tranzit potensialı nəzərə alınmalıdır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar