Sizin Reklam Burada
Xəbər lenti
24-12-2024
23-12-2024
BÜTÜN XƏBƏRLƏR

Vardanyanı kim güllələyib? - Paşinyanın Bakıya qarşı qurduğu plan

Tarix: 31-05-2022 17:21     Baxış: 4306 A- / A+


Ermənistan tərəfi son günlər Azərbaycanın Brüssel razılaşmasını pozduğuna dair ittihamlar səsləndirir. Əsgər David Vardanyanın yaralanması, daha sonra ölməsi bu ittihamda əsas “arqument” kimi istifadə olunur. İddia edirlər ki, erməni əsgər Azərbaycan Ordusunun açdığı atəş nəticəsində yaralanıb.
Azərbaycan tərəfi həm Müdafiə Nazirliyi, həm Xarici İşlər Nazirliyi, həm də Dövlət Sərhəd Xidməti səviyyəsində bu iddianı təkzib edib. DSX-nin rəsmi açıqlamasına görə, hadisə erməni əsgərlərin bir-birini güllələməsi nəticəsində baş verib.
Manevr.az xəbər verir ki, Ermənistan mediasında yayılan məlumatlar da David Vardanyanın yaralanması, daha sonra ölməsinin daxili problemlərdən qaynaqlandığı ehtimallarını gücləndirir.
“Şərəfim var” blokunun deputatı Tiqran Abramyan bildirir ki, sərhəddə erməni əsgərlər çadırda xidmət edirlər: “Xidmət səviyyəsi olduqca aşağıdır. D.Vardanyanla bağlı hadisə bunu bir daha sübut etdi”.
“5165” hərəkatının lideri Karin Tonoyan qeyd edir ki, yaralı əsgər ən yaxındakı kənddə yataq çantasında endirilib.

“Təsəvvür edin, əsgər ayağından yaralanmışdı, lakin yol boyu çoxlu qan itirməsi nəticəsində öldü”, - K.Tonoyan bildirir.
Bu detallar D.Vardanyanın ölümü ilə bağlı hadisəyə dair müəyyən ip ucları verir.
Birincisi, erməni əsgər ayağından yaralanıb: hadisə Azərbaycan Ordusunun atəşkəsi pozması nəticəsində baş versəydi, daha ölümcül yara alması qaçılmaz olardı;
İkincisi, erməni əsgərin orduda xidmətdən yayınmaq üçün öz ayağından vurduğu versiyası da güclüdür, çünki T.Abramyanın açıqlaması göstərir ki, xidmət şəraiti bərbad vəziyyətdədir: görünür, çadırda xidmət edən və ərzaq təminatı bərbad olan erməni əsgərlər vəziyyətə dözə bilmirlər; D.Vardanyan xilas yolunu ayağından vurmaqda görüb, lakin təxliyəsinin gecikməsi və qan itirməsi nəticəsində ölüb;
Müxtəlif versiyalara yol açan faktlar mövcuddur. Gerçək odur ki, D.Vardanyan Azərbaycan əsgərinin gülləsi ilə yaralanmayıb. Ermənistan hakimiyyəti Brüssel razılaşmasını pozmaq məqsədilə bu hadisədən istifadə edir. Razılaşmaya əsasən, sərhədin delimitasiyası qısa dövrdə başa çatmalıdır. Artıq sərhəd komissiyalarının ilk görüşü baş tutub. Sərhədin öz maraqlarına uyğun delimitasiyasına çalışan İrəvan buna masada nail ola bilmədiyi üçün bu cür hadisələrdən yararlanmağa cəhd edir./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar