“İkincisi, insan necə ağır bir psixi pozuntudan əziyyət çəkməlidir ki, tanınmış bir yazıçının əsərinə belə iddia irəli sürsün?!
“Ənvər Paşa” romanının üzərində işləyəndə “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turanın xahişi ilə əsərdən bir hissəni çap etmək üçün 2020-ci ilin noyabrında sözügedən qəzetə yollamışdım.
Elə həmin günlərdə də əsərdən bir parça qəzetdə dərc edildi. Görünür, qəzetə gələn materiallara işinə uyğun deyil, “müştəri gözü”ylə baxan adıçəkilən şöbə müdiri elə həmin vaxt özlüyündə bu qərara gəlib ki, yaxşı ələ keçirilməli materialdır, amma bu oğurluğu həmin vaxt bacara bilmədiyinə görə, aradan iki il keçəndən sonra Azərbaycanda və Türkiyədə uğur qazanmış əsərimi öz adına çıxmaq kimi bir həyasızlığa cəsarət edib.
Day iki il niyə gözləyirdi ki, elə o vaxt söyləyərdi də bu mənfur yalanını?! “Ənvər Paşa” romanımın uğurundan necə həsədə qapılıbsa, anidən ağlını qaçırıb. Buna başqa ad tapmıram! Halal müəlliflik hüququmu qanuni yolla müdafiə edəcəyəm və yazıçı nüfuzuma xələl gətirmək cəhdinə görə Sərvaz Hüseynoğlunu məhkəməyə verməyi düşünürəm”/Yenisabah.az