Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən son görüş Qarabağda yaşayan ermənilər arasında təlaş yaradıb. Belə ki, Xankəndidə yaşayan ermənilərin bir qismi artıq öz ev-eşiyini qoyub Ermənistana qaçır. Qondarma rejimin “rəhbəri” Araik Arutyunyan qondarma “təhlükəsizlik şurasının” iclasında ermənilərin xəbəri olmadan haqlarında qərar verilməyəcəyini inandırmağa çalışsa da, Xankəndidə “vəzifəli şəxslərin gizli şəkildə Ermənistana köçdüyü üzə çıxıb.
Maraqlıdır, əslində, bütün bunlar nədən xəbər verir?
Manevr.az-ın xəbərinə görə, mövzu ilə bağlı Konkret.az-a danışan politoloq Xəyal Bəşirli bildirib ki, sülh danışıqlarında ciddi irəliləyişlər əldə olunduqdan sonra Qarabağda yaşayan ermənilər ciddi narahatlıq yaşayır:
“Azərbaycan Vətən müharibəsinin qalibi olub. 30 ilə yaxın müddətdə münaqişəni sülhlə həll etməyə çalışsaq da buna nail ola bilmədik. Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozduğu üçün sülh danışıqları nəticəsiz qaldı. Müharibədən sonra bölgədə yeni reallıqlar yarandı. İndi müharibədə məğlub olan Ermənistan Azərbaycana heç bir halda şərt irəli sürə bilməz. Ermənilər son dövrlərdə Qarabağda və sərhəddə müəyyən təxribatlar törətməyə çalışır. Xankəndində yaşayan ermənilər bir müddət öncə də evlərini satışa çıxarmışdı.
Ümumiyyətlə, hər dəfə sülh danışıqlarında ciddi irəliləyişlər əldə olunduqdan sonra Qarabağda yaşayan ermənilər ciddi narahatlıq yaşayır. Əslində, onların narahatlığı Xankəndinin Azərbaycana təhvil verilməsi ilə bağlıdır. Vəzifəli şəxslərin Qarabağdan çıxması isə İrəvandakı iğtişaşların intensivliyini artırmaq məqsədi daşıyır. Çünki onlar daim söyləyir ki, Azərbaycanın hüquq-mühafizə orqanları erməni vətəndaşlarına qarşı kobud rəftar edəcək. Lakin Xankəndi qədim Azərbaycan ərazisidir. Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin Qarabağla, o cümlədən Xankəndi ilə bağlı mövqeyi konkretdir”.
Politoloqun fikrincə, ermənilər istəsə oradan köçüb gedə bilər:
“Əks halda ermənilər yalnız Azərbaycan vətəndaşlığını alaraq bizim qanunlarımız çərçivəsində bizim torpaqlarımızda yaşaya bilər. Qanunlarımızı pozanlar təbii ki, müvafiq məsuliyyətə cəlb olunacaq. Bu Azərbaycanın rəsmi mövqeyidir. Qarabağda yaşayan ermənilərin bu hərəkəti əslində ajiotaj yaratmaq, Ermənistan cəmiyyətini çaşdırmaq istəyir. Lakin bunun heç bir mənası yoxdur. Bu gün sülh gündəliyində dayanan məsələlərlə bağlı bağlı real addımlar atılır. Hesab edirəm ki, bütün ermənilər Xankəndidən köçməyəcək. Onlar yaxşı bilir ki, Qarabağda genişmiqyaslı quruculuq işləri aparan dövlət orada növbəti müharibənin olmasına icazə verməyəcək”.
Xəbər lenti
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar