Brüssel görüşünün üçüncü raundundan sonra sərhədlərin delimitasiyası məsələsində sürətli qərarların şahidi olduq. Bu görüşdən bir gün sonra Prezident İlham Əliyev və Ermənistan baş naziri N.Paşinyan xüsusi komissiyaların tərkibini açıqladı. Azərbaycan Prezidentinin sərəncamı Qazaxın 7 kəndi və Kərkinin də delimitasiya prosesinə daxil edildiyini rəsmi olaraq təsdiqlədi.
Cəmi bir gün sonra isə bu iki ölkənin komissiyaları sərhəddə görüşdülər. Hətta ikinci görüşün vaxtı və yeri də ( Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə Komissiyanın ikinci görüşü gələn həftə Moskvada keçiriləcək ) artıq dəqiqləşdirilib.
Brüssel razılaşması haqda dövlət başçısının R.T.Ərdoğana məlumat verməsi müttəfiqlik ənənəsi ilə yanaşı, prosesə açıq şəkildə müdaxilə edən Moskvaya da mesaj idi desək, yanılmaram. Bakının anında, düzgün həmlələri, proseslərə müdaxiləsi və etdiyi manevrlər Moskvanın inadından geri addım atması ilə nəticələnir kimi görünür.
Yaranan mənzərə deməyə əsas verir ki, sərhədlərin delimitasiyası məsələsində Avropa və Rusiya arasında fikir ayrılığı qismən də olsa aradan qalxır. Son günlər sülhə gedən yolun başlanğıcı hesab edilən sərhədlərin delimitasiyası prosesi 10 noyabr üçtərəfli bəyanatından üzü bu yana heç olmadığı qədər sürətli şəkildə cərəyan etməsi deyilənlərin sübutudur.
Demək ki, Moskva artıq Qərblə Azərbaycan-Ermənistan məsələsinin çözülməsində ortaq məxrəcə gəlməyə razılıq verib. Çünki biz üçüncü Brüssel görüşünə kimi ssenarinin tam əksini müşahidə edirdik. Amma son hadisələr deməyə əsas verir ki, Avropa İttifaqı ilə Rusiya bu məsələdə ortaq fikirə gəlməsəydi növbəti dəfə delimitasiya prosesinin komissiyaları arasında görüşlər ləngiyə bilərdi. Necə ki, bunu 6 apreldən sonra müşahidə etdik - Paşinyan Moskva səfərindən sonra düz iki dəfə komissiyaların görüşünü deaktivləşdirmək üçün əlindən gələni etdi. Təbii ki, burada Moskva amili öz rolunu oynadı.
Amma indiki proseslərə nəzər saldıqda demək olar ki, Aİ ilə Kreml arasındakı tarazlığın saxlanılması üçün komissiyaların növbəti görüşü Brüsseldə gerçəkləşəcək. Bütün bu detallar isə Kremlin Brüssel görüşündə Azərbaycanın elan etdiyi 5 prinsipin danışıqların yeganə müzakirə formatı olduğunu qəbul etdiyini təsdiqlədi. Əslində bu müddəlara nəzər salanda da açıq-aydın görünür ki, rəsmi Bakının təklif etdiyi 5 maddıəlik sülh paketi eyni ilə Rusiyanın vasitəçiliyi ilə keçirilən üçtərəfli görüşlərdə elan edilən Bəyanatların birə-bir eynisidir.
Moskvanı mövqeyində dəyişiklik etməyə xüsusilə son zamanlar Qərbin, ABŞ-ın mütəmadi İrəvanla birbaşa təmaslar quraraq Azərbaycanla sülh məsələsini dəstəklədikləri ilə bağlı fikirlərin bir-birini əvəz etməsi fonunda, Ermənistanda da istər ictimaiyyət, istərsə də siyasət adamları arasında "ən doğru seçim elə budur" fikrinin formalaşmasına xeyli təsir etməsi məsələsi də rol oynayır.
Ermənistan prezidenti Vaaqn Xaçatryanın son açıqlamasına da nəzər salanda açıq görünür ki, erməni citmaiyyəti, xalq artıq sülh prosesinin hazırlıq mərhələsinə doğru ciddi şəkildə addım atmaqda qərarlıdır: "Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını həqiqətən istəyirik. Həqiqətən də, bu ərazidə qonşuların dinc yaşaması olmadan təkcə bizim üçün deyil, bu regionun bütün ölkələri üçün irəli getmək mümkün deyil. Biz dinc yanaşı yaşamaq üçün imkanlar tapmalıyıq. İndi bu, realdır, xüsusən ona görə ki, vasitəçilər var. Biz bu imkanlardan istifadə etməliyik. Sülh müqaviləsinin imzalanmasından sonra birgə dinc yanaşı yaşama erası başlamalıdır".
Bu bəyanatdan da aydın görünür ki, postkonflik dövründə "status", "münaqişə", "Dağlıq Qarabağ" kimi terminləri siyasi leksikondan çıxarmağa müvvəfəq olan rəsmi Bakı sülhə mədəni məcburtmənin də öhdəsindən uğurla gəlməkdədir. İlk dəfə olaraq bu ilə 28 May tarixinin "Respublika Günü" kimi yox, məhz "Müstəqillik günü" olaraq qeyd edilməsi Azərbaycanın regionda yeni mərhələyə qədəm qoyduğunu, tarixi ədaləti bərpa etmək üçün bütün imkanlarını səfərbər etdiyini göstərən amildir.
Məhz bu əlamətdar tarix öncəsi Ali Baş Komandan İlham Əliyev və xanımı, Birinci vitse-prezident Mehriban Əliyevanın növbəti dəfə işğaldan azad olunan ərazilərə səfəri dünyaya, revanşistlərə, onların havadarlarına bir mesajdır ki, "Biz tarixi ədaləti bərpa etdiyimiz kimi, erməni vandalizminin qurbanı olan bu yerləri də çox qısa zamanda və uğurla bərpa edib, insanlarımızın, insanlığın ixtiyarına verəcəyik".
İlham Əliyev, birinci xanım Mehriban Əliyevanın elə Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfərləri çərçivəsində növbəti infrastrukr layihələrin icrası, bərpa-quruculuq işləri ilə tanışlıqları bunun bariz nümunəsidir. Artıq Ermənistan siyasi rəhbərliyi də, onların havadarları da, Qərb də ox yaxşı anlayır ki, Azərbaycanla güc, təhdid, təzyiq dilində danışmaq fayda verməyəcək. Ən doğru seçim rəsmi Bakının maraqlarını və istəklərini nəzərə alaraq bu yolda birgə irəliləməkdir.
Son zamanlar sürətlə yenidən qurulan əlamətdar beynəlxalq tədbirlərin təşkili - BMT-nin tədbiri BMT bayrağı altında Şuşada oldu, kulinariya festivalı keçirildi, gələcəkdə də mühüm festival və tədbirlər həm Şuşada, həm də Qarabağın digər bölgələrində olacağından xəbər verir. Qeyd-şərtsiz Azərbaycan Ordusunun 44 günlük müharibədəki tarixi qələbəsi geosiyasi situasiyanı kökündən dəyişdi. Bu ərazilərin işğaldan azad olunmağı ölkəmizin real gücünü, nəyə qadir olduğunu göstərdi və qısa zamanda Qarabağın Qafqazda mühüm mərkəzə çevrilməsini şərtləndirdi. Bu sürətlə yaxın gələcəkdə Qarabağın bütün dünyada tanınan mühüm diskussiya məkanlarından biri halına gələcəyi də istisna edilmir./Milli.Az
Xəbər lenti
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar