Xəbər lenti
Azərbaycanla Ermənistan arasında sülh: Qarabağa hansı dövlətlərin qoşunu gəlir?
O, Azərbaycan və Ermənistan arasında yaxın gələcəkdə bağlanılacaq sülh sazişi fonunda qarant dövlətlərin bölgəyə hərbi kontingent gətirib-gətiməyəcəyi ilə bağlı ehtimallara münasibət bildirib.
Ekspertin sözlərinə görə, qarant dövlətlərin diplomatik və yeri gəldikdə hərbi müdaxilə etmə imkanları var:
“Amma qarant dövlət o demək deyil ki, mütləq gəlib burada qoşun yerləşdirsin. Əksinə, bölgə tamamilə hərbisizləşdirilir. Bu, sadəcə olaraq qlobal gücü nəzərdə tutur.
Əgər tərəflərdən hansısa qaydanı pozarsa, gərginlik yaradıb müharibəyə meylli çıxışlar edərsə, bəli, bu zaman qarant dövlətlərin hərbi müdaxilə etmə imkanları var”.
“Təhlükəsizlik baxımından və birgəyaşayış qaydalarına uyğun olaraq, zamanı göstərməklə, istisna edilmir ki, hərbi kontingent bölgədə fəaliyyət göstərsin. Məsələn, Rusiya sülhməramlıları. Amma bütövlükdə, onlar bölgədə uzun müddətə qalacaqlar deyə, bir şey yoxdur. Konkret zaman göstərilməlidir.
Qısası, qarant dövlətlərin bölgədə hərbi kontingent yerləşdirmək hüququ yoxdur. Sadəcə olaraq Rusiya Qarabağda öz qoşunlarını əvvəldən yerləşdirib deyə, onlar hələ bir müddət qala bilərlər. Lakin bu, o demək deyil ki, Rusiya qarant dövlət kimi fəaliyyət göstərəcək. Sülhməramlılar 10 noyabr bəyanatına əsasən yerləşiblər və onun da missiya müddəti göstərilib – 2025-ci il.
İlk məhdud müddət bu qədər nəzərdə tutulub. Amma bir daha qeyd edirəm, o biri qarant dövlətlərin bölgədə qoşun yerləşdirmək ixtiyarları yoxdur”, - deyə İ. İsmayıl fikirlərini yekunlaşdırıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar