Sizin Reklam Burada
Xəbər lenti
25-08-2025
24-08-2025
BÜTÜN XƏBƏRLƏR

Tofiq Zülfüqarov: “Şarl Mişelin bəyanatı bir tostdur”

Tarix: 23-05-2022 15:40     Baxış: 3322 A- / A+


"Şarl Mişelin bəyanatı hansısa məcburi sənəd deyil, bir tostdur..."
Manevr.az xəbər verir ki, bunu keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan və Ermənistan liderlərilə mayın 22-də keçirdiyi görüşdən sonra verdiyi açıqlamanı şərh edərkən deyib.

T. Zülfüqarovun sözlərinə görə, Şarl Mişelin bütün görüş iştirakçıları adından danışması o deməkdir ki, Paşinyan həmişəki kimi bağlı qapı arxasında hamını özünün “yaxşı adam” olduğuna və müxalifətin ona maneçilik törətdiyinə inandırıb. Ona möhlət və pul verməyi xahiş edib.

“Bizim prezidentimiz sülhə can atma səyini nümayiş etdirdi. Azərbaycana qarşı ərazi iddiaları mövzusunun Ermənistanın gündəmində qaldığı halda, onlara adekvat cavab veriləcəyini vurğuladı.

Hiyləgər fransızdilli Şarl öz bəyanatında “delimitasiya və demarkasiya” bəndini birinci sıraya qoyub. O, sovet dövrünün xəritələrinin əsas götürüləcəyinə ümid edir. Xeyr, yalnız 1918-ci ilin xəritələrinə istinad olunmalıdır...

Sülh gündəminə sadiqlik nümayişi və işğaldan azad edilmiş ərazilərin bərpasında Avropa İttifaqından kömək almaq ehtimalından başqa bizim üçün praktiki nəticə görmürəm./modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar