Xəbər lenti
“Parisin ermənipərəst siyasətinə bu cavabı verə bilərik” – Şok təklif
“Fransa hakimiyyətinin ermənipərəst siyasətinə cavab olaraq, Korsikadakı yerli əhalinin milli müqəddəratını təyin etmək hüquqlarına dəstək verməliyik”.
Manevr.az xəbər verir ki, bunu jurnalist Elçin Alıoğlu deyib.
Jurnalist bölgədə maraqları olan Fransanın bunları həyata keçirmək üçün hər yola əl atdığını bildirib:
“Fransanın hakimiyyəti və siyasətçilərinin çoxu Ermənistanla ermənilərə rəğbətlə yanaşır. Onların bəziləri Ermənistana yollanır, oradan qanunsuz olaraq Qarabağa keçirlər. Deyirlər ki, “qarabağlı ermənilərin öz müqəddəratlarını təyin etmək hüquqları var, Azərbaycan bu hüquqa hörmətlə yanaşmalıdır” və s. Rəsmi Parisin illərdən bəri yürtüdüyü və “ermənidən artıq erməni olmaq” siyasəti etirazlarımızla, bəyanatlarımızla dəyişən deyil. Çünki Fransanın bölgədə maraqları var, həmin maraqların təminatı üçün istisnasız olaraq bütün, hətta ən çirkin vasitələrə və yollara da əl atır. Bunu da bilirik. Düşünürəm ki, bu səbəbdən də Korsikadakı yerli əhalinin, yəni korselərin milli müqəddəratlarını təyin etmək hüquqlarına dəstək verməliyik.
İlkin olaraq Korsikanın şimalında - Bastiya və Kortada və cənubunda - Sartenada və Porto-Vekkoyadakı dialektlərin, ayaçço dialektinin, habelə korso dilinin sassar, liqur və qallur dialektlərinin qorunması üçün ictimai aksiyalara başlamaq lazımdır. Bakıda korso, yəni korsikalıların ana dilinin öyrənilməsi kursu yaratmaq da olar. Sonra isə Korsikaya, bu adanın paytaxtı Ayaççoya səfərlər, orada FLNC-yə, yəni “Korsika Milli-Azadlıq Cəbhəsi”nə dəstək bəyanatlarının səsləndirlməsi, Fransa polisi və hərbçiləri ilə döyüşlərdə həlak olmuş FLNC mənsublarının məzarlarına baş çəkilərək çiçəklər qoyulması, mətbuat konfransları, korsikalıların milli müqəddəratanın təyini məsələsində onlarla bir olmağımızla bağlı açıqlama və s. də mümkündür”.
Elçin Alıoğlu hesab edir ki, Bakıda Korsika dil və ədəbiyyat günləri keçirmək, tədbirə Korsikanın tanınmamış parlamentinin mənsublarını da dəvət etmək olar:
“Bundan başqa, Bakıda Korsika Mətbəxi Günləri, Korsika tarixinə həsr olunmuş konfrans da təşkil etmək mümkündür. Təbii ki, bütün bunlar ictimai əsaslarla, rəsmi qurumların iştirakı olmadan gerçəkləşdirilməlidir. Daha sonra isə Korsikaya Yardım Marafonu da təşkil etmək mümkündür. Rəsmi Paris etiraz edərsə, çağdaş geosiyasətdə hər nəsnənin reversiv olduğunu, yəni hər əməlin adekvat cavabının özünü çox gözlətməyəcəyini ona xatırlatmaq olar.
İllah da ki, reversivlik və əməlin cavabı ilə bağlı ifadələr Fransanın dövlət başçısı Emmanuel Makrona məxsusdur. Biz sadəcə onun dediklərini Parisə xatırlatmış olarıq”/teleqraf.com
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar